Bütün xəbərlər
Koronavirusu nəzərə almayıb mağazaya gedən Braziliya prezidenti etirazla qarşılaşdı
Tarix: 11-04-2020 02:51 | Bölmə: Dünya



Dünya miqyasında yayılan koronavirus epidemiyasına qeyri-ciddi münasibəti ilə fərqlənən Braziliya Prezidenti Jair Bolsonaro getdiyi şirniyyat mağazasının çıxışında insanların etirazı ilə qarşılaşıb.
“Anadolu” agentliyi xəbər verir ki, Braziliya prezidenti mağazada işçilərlə söhbət edib, yanaşı dayanaraq foto çəkdirib.
Maska və əlcəkdən istifadə etməyən və onu müşayiət edən komanda ilə sosial məsafəyə əhəmiyyət verməyən Bolsonaronun bu davranışı əhalinin etirazına səbəb olub.
Etirazçılar ona “evə qayıt” deyə qışqırıblar.
Qeyd edək ki, daha əvvəl Bolsonaro COVID-19-u “kiçik qrip” olaraq xarakterizə edib və ölkəsində sosial təcrid tətbiq edilməsinin tövsiyə olunduğu bir vaxtda küçədə tərəfdarları ilə görüşüb.
İnsanları iqtisadi narahatlıq səbəbiylə karantin tətbiq etməməyə dəvət edən Bolsonaronun “Twitter”, “Facebook” və “İnstagram” hesablarından bununla bağlı paylaşımları epidemiya ilə mübarizədə pis nümunə ola biləcəyi üçün internetdən silinib.
Xatırladaq ki, Braziliyada 18 176 nəvər koronavirusa yoluxub, 957 nəfər isə ölüb.
                   


Baxış sayı: 425


Bölməyə aid digər xəbərlər