Bütün xəbərlər
Bill Geyts koronavirusun bitəcəyi vaxtı açıqladı
Tarix: 10-04-2020 16:48 | Bölmə: Dünya

                    

Milyarder və xeyriyyəçi Bill Geyts koronavirus pandemiyasının tezliklə bitəcəyini açıqlayıb. Bizimxeber.az xəbər verir ki, sahibkar bu barədə CNBC kanalına açıqlamasında bildirib. 
Qlobal COVID-19 pandemiyasının nə vaxt sona çatması ilə əlaqədar verilən suala Geyts cavabında – “Bunun üçün bütün Amerika xalqı birlikdə müalicə üçün vaksin axtarmalı və karantin qaydalarına ciddi riayət etməlidir”-deyə bildirib.
Onun sözlərinə görə, pandemiya ilə bağlı vəziyyətin necə sabitləşəcəyini bilmir.
“Lakin, vətəndaşlar mayın sonu və ya iyun ayında normal həyata qayıda biləcəklər”-deyə Geyts proqnozunu açıqlayıb. Milyarder qeyd edib ki, virusla mübarizə üçün yeni bir diaqnostik metod lazımdır: "Asiya ölkələri koronavirusla mübarizənin milli səviyyədə aparılmasının gözəl bir nümunəsidir".


Baxış sayı: 554


Bölməyə aid digər xəbərlər