22:26 / 24-11-2024
Bu da xatirə - Fotosu
Bütün xəbərlər
Türkiyə Prezidenti: “Bakı-Tbilisi-Qars dəmir yolunu Orta Asiyaya qədər uzada bilərik”
Tarix: 10-04-2020 13:28 | Bölmə: Dünya




“Baş verənlər Xəzər üzərindən nəqliyyat koridorunun mühüm əhəmiyyət kəsb etdiyini bir daha ortaya qoyub”.
APA-nın məlumatına görə, bunu Türk Şurasının videokonfrans vasitəsilə keçirilən fövqəladə Zirvə görüşündə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
R. T. Ərdoğan bildirib ki, Türkiyə, Azərbaycan və Gürcüstan arasında yük daşımaları üçün qurulan dəmir yolunun Orta Asiyaya qədər uzadılması mümkündür: “Bakı-Tbilisi-Qars dəmir yolu ilə gündəlik 3 min 500 ton yük daşınmasına çalışırıq”.
Bu nəqliyyat koridoru ilə yüklərin daşınması prosesinin sadələşdirilməsi, müəyyən güzəştlər edilməsinə ehtiyac olduğunu qeyd edən R. T. Ərdoğan Türk Şurası ticarət və nəqliyyat nazirlərinin də videokonfransının keçirilməsini təklif edib.



Baxış sayı: 516


Bölməyə aid digər xəbərlər