22:26 / 24-11-2024
Bu da xatirə - Fotosu
Bütün xəbərlər
“Koronavirus pandemiyası bütün dünyanı yeni bir mürəkkəb və dəyişən reallıqda yaşamağa öyrədir”
Tarix: 17-03-2020 21:26 | Bölmə: Dünya
                  
                   


Mariya Suvorovskaya: “Yeni iş formatında komanda ruhunu itirməmək və belə bir şəraitdə fəaliyyət standartlarını inkişaf etdirmək vacibdir”

Hazırda dünya koronavirus pandemiyası problemini yaşayır. Belə bir pandemiya şəraitində hər dövlət üçün ən vacib məsələ iqtisadiyyatı ayaqda saxlamaq və ümumiyyətlə, iqtisadi fəaliyyəti davam etdirməkdir. Rusiyanın “Business-Dialog Media” nəşriyyat və kommunikasiya qrupunun baş icraçı direktoru, “World Business Guide Azerbaijan” jurnalının baş redaktoru Mariya Suvorovskaya “Palitra”ya açıqlamasında indiki vəziyyətdə sahibkarların iş prinsipini necə qurması haqqında danışıb. Mariya Suvorovskaya deyib ki, koronavirus pandemiyası bütün dünyanı yeni bir mürəkkəb və dəyişən reallıqda yaşamağa öyrədir: “Bütövlükdə iş adamları çətinliklərə və dəyişikliklərə alışmışlar. Lakin prosesləri necə düzgün qurmaq, risk və itkiləri necə azaltmaq barədə suallara cavab tapmaqda çətinlik çəkirlər. Artıq inkişaf haqqında danışmağa belə, dəyməz. Əsas odur ki, iqtisadi uğursuzluğun qarşısını alaq. Bilirik ki, məsələn, İtaliyada tanınmış fabriklərdən birinin fəaliyyəti dayandırılıb”. Mariya Suvorovskaya bildirib ki, hazırda bazarlar çox qəribə dövr yaşayır və dayanıqlı strategiya seçmək çətinləşib: “İşgüzar səfərlərin ləğvi, məsafədən işləmək, iclas və görüşlərin azaldılması, tədbirlərin yenidən planlaşdırılması - bütün bunlar, əlbəttə ki, iş proseslərinə yaxşı təsir etmir. Bir sahibkar olaraq deyə bilərəm ki, yeni iş formatında komanda ruhunu itirməmək və belə bir şəraitdə fəaliyyət standartlarını inkişaf etdirmək vacibdir. Məsələn, biz “Skype”da danışıqlar aparırıq, uzunmüddətli media layihələri hazırlayırıq. Baxmayaraq ki, bəzi işçilərimiz də uzaq bir iş formasına keçdilər. Amma bunun da müstəqilliyin inkişafı, nəticə üçün çalışmaq baxımından üstünlükləri var. Optimist bir korporativ əhvali-ruhiyyəni formalaşdırmaq vacibdir. Dünya yaşamağa və işləməyə davam edir. Pandemiyanın müvəqqəti çətinliklər olduğuna inanmaq qalır və tezliklə hər şey normal olacaq”.
Fuad Hüseynzadə 



Baxış sayı: 472


Bölməyə aid digər xəbərlər