02:45 / 25-11-2024
Çiolaku və Georgesku Rumıniyada keçirilən prezident seçkilərinin ikinci turuna yüksəliblər
02:40 / 25-11-2024
Fiko: "Ukraynada münaqişənin uzanması onun zəifləməsinə gətirib çıxarır"
01:33 / 25-11-2024
Aktyor Vladimir Samoylov 80 yaşında vəfat edib
01:24 / 25-11-2024
Paytaxtın ticarət mərkəzindəki yeməkxanada kütləvi dava olub
01:20 / 25-11-2024
"Azimut": Sukhoi Superjet 100 küləyin kəsilməsi səbəbindən Antalyaya kobud eniş etdi
01:16 / 25-11-2024
"Economist": Ukrayna kəşfiyyatı Rusiya Silahlı Qüvvələrinin Zaporojyeyə hücumunu gözləyir
01:10 / 25-11-2024
Müstəntiqlər Antalyada "Azimut" təyyarəsinin yanması ilə bağlı araşdırmalara başlayıb
01:07 / 25-11-2024
Zelenski: "Ukrayna və Qərb mütəxəssisləri "Oreşnik"in qalıqlarını öyrənirlər
00:49 / 25-11-2024
Amerikanın "Möcüzələr sahəsi"nin ilk aparıcısı dünyasını dəyişib
00:42 / 25-11-2024
Uolts: "Tramp xarici siyasətdə ABŞ-ın enerji resurslarından istifadə edəcək"
00:34 / 25-11-2024
Avtobusda qəbuledicinin partlaması nəticəsində sərnişin xəsarət alıb
00:29 / 25-11-2024
Tbilisi polisi müxalifətin karvanını şəhər mərkəzinə buraxmayıb
00:25 / 25-11-2024
Melnik: "Trampın andiçmə mərasimindən əvvəlki dövr Ukrayna tarixində ən çətin dövr olacaq"
22:30 / 24-11-2024
Soçi sakinləri şəhər yaxınlığında zəlzələnin baş verdiyini bildiriblər
22:26 / 24-11-2024
Bu da xatirə - Fotosu
22:17 / 24-11-2024
İlham Əliyevdən COP29-un yekunları ilə bağlı - Paylaşım
22:13 / 24-11-2024
Leyla Əliyeva Altıağacda - Fotolar
22:06 / 24-11-2024
“Sumqayıt”dan əzmkar qələbə
21:52 / 24-11-2024
Ərdoğan Putinə deyib ki, Türkiyə Rusiya ilə ticarəti artırmağı hədəfləyir
21:46 / 24-11-2024
Litva silah və elektrik generatorlarını Kiyevə köçürüb
21:28 / 24-11-2024
İranın ali dini liderinin müşaviri: "Kiyevə yardım azalacaq və Rusiya qalib gələcək"
21:24 / 24-11-2024
Bir qadın Analar Günündə metro stansiyasında uşaq dünyaya gətirib
21:19 / 24-11-2024
Bir gündə 84 nəfər İsrailin Livana endirdiyi zərbələrin qurbanı olub
21:14 / 24-11-2024
"Hizbullah" İsrailin Hayfadakı hərbi dəniz bazasına zərbələr endirib
14:32 / 24-11-2024
Bakı aeroportu COP29-da - Video
14:25 / 24-11-2024
48 ton surroqat spirti müsadirə edilib
14:22 / 24-11-2024
Peskov: "ABŞ Putinin siqnallarına məhəl qoymadı və qəti addımlar atmaq lazım idi"
13:38 / 24-11-2024
Hikmət Hacıyev Berbokun ittihamlarına cavab verdi
13:24 / 24-11-2024
"Sky News": ABŞ-ın Böyük Britaniyadakı hava bazaları üzərində naməlum İHA-lar aşkarlanıb
13:20 / 24-11-2024
Primorski sakini ilə zəngə cavab verməyə gələn polis arasında baş verən dava videoya çəkilib
13:16 / 24-11-2024
Yanar materialların olduğu anbar yanır
13:13 / 24-11-2024
Rep konsertindən sonra üç yeniyetmə reanimasiyaya yerləşdirilib
13:11 / 24-11-2024
Kşilərin səfərbər olması səbəbindən minə yaxın ev istiliksiz qalıb
13:04 / 24-11-2024
"Bloomberg": Malidəki silahlılar "Wagner PMC"nin altı üzvünü öldürdülər
11:21 / 24-11-2024
Bir xəstənin reanimasiyası zamanı mənzildə yanğın başlayıb
11:18 / 24-11-2024
Rudenko: "Qərb Seulu Ukraynada şərik etmək və Pxenyana təzyiq etmək istəyir"
11:13 / 24-11-2024
Merkel: "Qərb və Ukrayna Rusiya ilə dialoqa getməlidir"
Qəddarlığı ilə “şöhrət” qazanan generalın acınacaqlı sonu… (FOTOLAR)
Tarix: 16-02-2020 21:46 | Bölmə: Dünya
Nürnberq məhkəməsində törətdiyi çoxsaylı cinayətlərlə bağlı hakimlər Ernest Kaltenbrunneri ittiham edərkən və bununla bağlı ona suallar ünvanlayarkən o, özünə haqq qazındırmağa cəhd etməyib.
Amma onun məhkəmədən bir xahişi də olub: "Haqqımda irəli sürülən ittihamları dinləməyə hazıram. Yəqin ki, bu ittihamlarla bağlı mənə saysız-hesabsız suallar veriləcək. İcazə versəydiniz mən həmin sualları qeyd edərdim və bu sualların hamısına sonda cavab verərdim. Cənablar, sizdən rica edirəm ki, xahişimi nəzərə alasanız”.
Prosesdə iştirak edənlər elə düşünüblər ki, Ernest Kaltenbrunner sonda "maraqlı açıqlamalar” verəcək. İttihamlarla bağlı suallar ardıcıl qeydə alındıqdan sonra söz generala verilib.
Ernest Kaltenbrunner bütün suallara bir cümlə ilə cavab verib: "Mən Adolf Hitlerə inanaraq, bütün gücümü xalqıma sərf etmişəm və belə düşünürəm ki, yanılmamışam…”
O, Nasist Partiyasının ən qəddar, ən amansız üzvlərindən biri olub. 3-cü Reyxin əmrinə əsasən əsir düşərgələrinin yaradıcısı və vəzifə ranqına görə onlara ümumi rəhbərliyi həyata keçirən general Ernest Kaltenbrunnerin cəza müəssisələrində və düşərgələrdə tətbiq etdiyi qaydalar, cəza tədbirləri insan düşüncəsinə sığmayacaq qədər sərt olub. Ən son məqamda belə, İkinci Dünya müharibəsi Almaniyanın məğlubiyyəti ilə sona çatanda da Ernest Kaltenbrunner qəddarlığından əl çəkməyib, əsir düşərgələrində saxlanılanların hamısının öldürülməsi, məhv edilməsi ilə bağlı əmr verib.
Ernest Kaltenbrunnerin 1903-cü ildə Avstriyada anadan olub. Atası bu ölkədə tanınmış vəkillərdən biri sayılıb. Valideynlərinin hər ikisi ali təhsilli, cəmiyyətdə öz mövqeləri olan, milli adət-ənənələrə riayət edən şəxslər olsa da, onların bu cəhətləri Ernest Kaltenbrunnerin tərbiyəsinə müsbət təsir göstərə bilməyib. O, uşaqlıq və yeniyetməlik dövründə çətin tərbiyə olunan, məhəllə davalarının əsas səbəbkarı, dövrün dəbdə olan duel səhnələrinin təşkilatçısı və iştirakçısı kimi tanınıb. Bütün bu "qəhrəmanlıqlar”ına görə də hələ yeniyetməlik dövründən üzündə bir neçə çapıq izi qalıb.
Ernest Kaltenbrunner orta təhsil aldıqdan sonra kimyaçı olmaq istəyib. Elə bu arzu ilə də yerli kolleclərin birində kimya fakültəsinə daxil olub. Amma çox keçməmiş o, bu arzusundan vaz keçib, atasının yolunu davam etdirməyi qərara alıb, Graz Universitetinə qəbul olunaraq ali hüquq təhsili alıb.
Hüquqşünas kimi Lints şəhərində ilk əmək fəaliyyətinə başlayan Ernest Kaltenbrunner az müddətdən sonra öz peşə fəaliyyəti ilə yanaşı, siyasi proseslərə də fəal qoşulub. Bu sahədə o, ilk fəaliyyətinə Avstriyada gizli fəaliyyət göstərən Nasist Partiyasında başlayıb. 1932-ci ildən başlanan bu gizli fəaliyyət Ernest Kaltenbrunnerin böyük karyerasının başlanğıcı olub.
Fəallığı və çevikliyi ilə fərqlənən Ernest Kaltenbrunnerin qısa müddətdən sonra Lintsdə SS qüvvələrində yüksək vəzifələrə irəli çəkilib, daha sonra isə Avstriya üzrə SS-in komandiri təyin edilib. Sürətli vəzifə karyerası bununla yekunlaşmayıb. Vəzifələr bir-birini əvəzlədikcə Ernest Kaltenbrunnerin "iş məhsuldarlığı” Adolf Hitlerin də diqqətindən yayınmayıb. Boyu 2 metr 1 sm hündürlüyündə olan cəllad zabit qısa müddətdən sonra Hitlerin təşəbbüsü ilə Xarici və daxili təhlükəsizlik Baş İdarəsinin rəisi təyin edilib.
General rütbəsi daşıyan Ernest Kaltenbrunnerin əsas vəzifələrindən biri də Adolf Hitlerin şəxsi tapşırıqlarını həyata keçirmək olub. Onun 3-cü Reyxə bu qədər yaxınlığı Reystaq üzvlərində ciddi narahatlıq yaradıb, onları qıcıqlandırıb. Hitler tərəfindən xüsusi səlahiyyət, imtiyaz və həm də güzəştlərə malik olan generaldan hətta yüksək ranqda olan vəzifəlilər də çəkinib. Ernest Kaltenbrunnerin şefinə və özünə arxayınlığı o dərəcədə olub ki, qeyri-rəsmi tədbirlərin birində SS briqadalarının komandirlərinin birini ən adi mübahisəyə görə yerindəcə güllələyib və buna görə ona heç bir cəza veilməyib.
Ernest Kaltenbrunnerin əsir düşərgələrinə "təşrifi” ən azı 15-20 nəfərin güllələnməsi ilə nəticələnib. Həmişə qəzəbli görünən general üçün insan ölümü və onu şəxsən icra etmək ən adi hal sayılıb. Cəllad general əsir düşərgələrində vəziyyəti daha da dözülməz etmək üçün bütün vasitələrə əl atıb, yeni işgəncə növlərinin "kəşfi” üçün günlərlə baş sındırmalı olub.
Məhz onun təşəbbüsü ilə cəza tədbirlərinin tətbiqi zamanı istifadə ediləcək əşyaların istehsalı üçün xüsusi sexlər yaradılıb. Bu sexlərdə məngənələr, rezin geyimlər, azdan çoxa doğru artan elektrik enerjisi verən aparatlar, oturacaq hissəsində iti dəmir çıxacağı olan stullar və s. hazırlanıb.
Ernest Kaltenbrunnerin işgəncə metodları, qəddarlığı artıqca rütbələri də yüksəlib, mükafatları da çoxalıb. Cəmi beş il ərzində o, 3-cü Reyxin ən ali mükafatlarına layiq görülüb.
Ernest Kaltenbrunnerin qəddarılığının bir səbəbi də onun psixoloji durumundakı problemlərlə bağlı olub. Alkoqollu içkilərə hədsiz dərəcədə meylli olan general spirtli içkilərin qəbulundan sonra daha da amansızlaşıb, vəhşi heyvanları xatırladıb.
İkinci Dünya müharibəsinin son mərhələsində Almaniyanın məğlubiyyətini dərk edən general Avstriyaya qaçıb. Cinayətdən, törətdiyi əməllərdən yayınmaq üçün sənədlərini də dəyişib. Amma general başqa ad altında çox gizlənə bilməyib. Amerika kəşfiyyatı onu elə Avstriyada ələ keçirməyə nail olub.
Nürnberq məhkəməsi Ernest Kaltenbrunner haqqında ən ağır hökmü çıxarıb - asılmaqla ölüm hökmü...
1946-cı ilin oktyabr ayında hökm icra edilib. Hökmün icrasından əvvəl asılacağı kəndirin həlqəsi qarşısında Ernest Kaltenbrunner son sözünü deyib: "Xoşbəxt ol, Almaniya!!!”
Musavat.com
Baxış sayı: 593
Bölməyə aid digər xəbərlər

Dünən, 10:51
Senator Qrem ABŞ müttəfiqlərini Netanyahunun həbsinə kömək etdiklərinə görə sanksiyalarla hədələyib
23-11-2024, 23:05
İsrail Hərbi Hava Qüvvələri Suriya ilə Livan sərhədindəki nəzarət-buraxılış məntəqəsini vurub
23-11-2024, 21:17
Karine Jean-Pierre G20 sammitində rusiyalı jurnalistlərin suallarını cavablandırmaqdan imtina edib
23-11-2024, 20:28
HƏMAS bildirir ki, Qəzzanın şimalında israilli girov ölüb
22-11-2024, 20:44
Livanın cənubundakı UNIFIL bazasına raket zərbələri endirilib, nəticədə dörd italyan sülhməramlısı yaralanıb
22-11-2024, 19:18
Fiqurlu konkisürənlər Lopareva və Brissot Polşada keçirilən turnirdə mahnıdan ruslar haqqında olan ifadəni çıxarıblar
22-11-2024, 17:50
Ənsar Allah hərəkatı İsrail hava bazasına hipersəs raketi atıb
21-11-2024, 23:55
Mett Gaetz baş prokuror və ABŞ Ədliyyə Departamentinin rəhbəri vəzifələrinə namizədliyini geri götürüb
21-11-2024, 19:37
"Daily Mail": Britaniya Rusiya Federasiyasından ona doğru atılan nüvə raketini vurmayacaq
21-11-2024, 13:28
Çin Xarici İşlər Nazirliyi: ABŞ nüvə silahının rolunu artırıb və hərbi qarşıdurmanı gücləndirib
20-11-2024, 19:48
ABŞ BMT Təhlükəsizlik Şurasının Qəzzada atəşkəslə bağlı qətnamə layihəsinə veto qoyub
20-11-2024, 19:19
İsrailin Suriyanın Palmira şəhərinə endirdiyi zərbələr nəticəsində 36 nəfər həlak olub
20-11-2024, 12:29
CNN: Qərb Moskva ilə münasibətləri dəyişmək imkanını nəzərdən keçirir
20-11-2024, 12:13
Britaniyalı qadın Meksikada tətildən sonra ABŞ-da kokain çamadanları ilə saxlanılıb
20-11-2024, 12:05
"Ekspress": Tramp gizli şəkildə Ukraynaya nüvə silahı ötürə bilər
19-11-2024, 23:19
Livanda atəşə tutulan BMT sülhməramlıları yaralanıb
19-11-2024, 23:13
Netanyahu Fələstinlilərə Həmas girovlarının azad edilməsi üçün 5 milyon dollar vəd edib
18-11-2024, 23:16
Aquttes II Pyotrun oğurlanmış orijinal fərmanının satışı ilə bağlı müqaviləni ləğv etməyəcək
18-11-2024, 22:55
Fenenko: "Rusiyanın Polşaya və ya Rumıniyaya zərbə endirməsi ABŞ-ın əleyhinə olmayacaq"
18-11-2024, 13:54
Fransa Xarici İşlər Nazirliyi: Paris Rusiya Federasiyasının dərinliklərindəki zərbələrlə bağlı mövqeyini dəyişməyib
18-11-2024, 13:38
WP: ABŞ uzun mənzilli raketlərlə bağlı qərarını gecikdirdi
17-11-2024, 20:23
"Die Zeit": Yaşıllar Almaniya kansleri vəzifəsinə Habekin namizədliyini təsdiqləyib
17-11-2024, 17:15
Şolts tezliklə Putinlə yenidən danışacağını bildirib
17-11-2024, 13:30
Roma Papası Qəzzada baş verən hadisələrdə soyqırım əlamətlərini araşdırmağa çağırıb
16-11-2024, 21:34
Yaponiyanın xarici işlər naziri Kiyevdə Zelenski ilə görüşüb
16-11-2024, 21:04
Bayden APEC sammitinə iki saat gec gəlib
16-11-2024, 20:40
Çində məktəbə hücum nəticəsində 8 nəfər ölüb
16-11-2024, 12:29
İsrail Beyrutun kənarında hava hücumu həyata keçirib
16-11-2024, 11:58
"Guardian": Trampı tənqid edənlər həbslərə hazırlaşır
15-11-2024, 19:24
İndoneziyadakı səfirliyimiz Bali adasında vulkan püskürəndən sonra ruslara kömək etdi
15-11-2024, 18:45
"Axios": İDF İrandakı nüvə tədqiqat obyektini məhv edib
15-11-2024, 12:21
Tramp Ukrayna münaqişəsi ilə bağlı “çox səylə” çalışacağına söz verib
14-11-2024, 16:06
İsrailin Beyrut hava limanına hava hücumu təşkil etdiyi, partlayış anı videoya çəkilib
14-11-2024, 09:34
"Reuters": Trampın komandası Pentaqon generallarının işdən çıxarılması üçün siyahılar hazırlayır
13-11-2024, 19:34
Britaniyanın “Guardian” qəzeti İlon Maskın sosial şəbəkəsində yazı dərc etməyi dayandıracaq
13-11-2024, 13:15
Çin Cənubi Çin dənizində qoşunlarını həyəcan vəziyyətinə salıb
12-11-2024, 18:18
Yaponiyanın baş naziri Şiqeru İşiba yenidən seçilmək üçün namizədliyini irəli sürərkən yuxuya getdi
11-11-2024, 16:50
Husilər Yaffa yaxınlığındakı İsrail hərbi bazasına hücum ediblər
10-11-2024, 21:45
Netanyahu İsrailin Livandakı peycer əməliyyatında iştirakını etiraf edib
10-11-2024, 18:31
MAQATE rəhbəri Qrossi noyabrın 13-də Tehrana gələcək