22:26 / 24-11-2024
Bu da xatirə - Fotosu
Bütün xəbərlər
“Millətimizin yanındayıq” - Ərdoğan zəlzələdən yazdı
Tarix: 25-01-2020 07:31 | Bölmə: Dünya

                “Millətimizin yanındayıq”

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Elazığ şəhərində baş vermiş zəlzələ ilə bağlı Tvitter hesabında paylaşımlar edib.
“Qafqazinfo” xəbər verir ki, Ərdoğan zəlzələ ilə bağlı görülən işləri yaxından izlədiyini qeyd edib:
"Elazığda meydana gələn və bir çox şəhərlərimizdə hiss olunan zəlzələnin fəsadlarının ən az itki ilə aradan qaldırılması və vətəndaşlarımızın təhlükəsizliyinin təmin olunması üçün qurumlarımız bütün lazımi tədbirləri görməkdədir. Ətraf Mühit və Şəhərsalma, Daxili İşlər və Səhiyyə nazirlərini bölgəyə göndərmişik.
Türkiyə Prezidenti olaraq, işləri yaxından izlədiyimi bilməyinizi istəyirəm. Başda AFAD (Fövqəladə Halların İdarə Olunması Agentliyi – red.) və Qırmızı Aypara Cəmiyyəti olmaqla bütün qurum və təşkilatlarla millətimizin yanındayıq. Zəlzələdə həyatını itirən vətəndaşlarımıza Allahdan rəhmət, yaralananlara tezliklə sağalmalarını diləyirəm”.




Baxış sayı: 483


Bölməyə aid digər xəbərlər