22:26 / 24-11-2024
Bu da xatirə - Fotosu
Bütün xəbərlər
36 min maaş alan nazir pulsuzluqdan şikayətləndi
Tarix: 21-01-2020 20:29 | Bölmə: Dünya

                 36 min maaş alan nazir pulsuzluqdan şikayətləndi

Ukraynanın Elm və Təhsil naziri Anna Novosad əməkhaqqısı az olduğuna görə uşaq dünyaya gətirə bilmədiyindən şikayətlənib.
“Qafqazinfo”nun “strana.ua” portalına istinadən verdiyi xəbərə görə, 29 yaşlı Novosad jurnalistlərə bildirib ki, onun öz mənzil və xidməti avtomobili var, aldığı 36 min qrivna (2516 AZN) miqdarındakı maaş isə normal bir həyat sürmək üçün bəs edir.
Məmurun sözlərinə görə, belə bir maaşla nə uşaq saxlaya, nə də təqaüdə çıxmaq üçün qənaət edə bilər. O, Təhsil Nazirliyində işlədiyi müddətdə nazir maaşından daha çox qazandığını etiraf edib.
Nazirin şikayətləri Ukraynanın sosial şəbəkə istifadəçilərini qəzəbləndirib. Ona xatırladılıb ki, ölkədə orta əmək haqqı Novosadın maaşından üç dəfə azdır.

Rəylərdə xəstəxanalarda baş həkimlərin, eləcə də məktəb direktorlarının 15 min qrivnaya (1048 AZN) yaxın əməkhaqqı almalarına baxmayaraq, dolandıqları qeyd olunub.
Ukrayna Mənzil Birliyinin rəhbəri Aleksandr Skubçenko Novosadı tənqid edərək milyonlar əldə etmək istəyirsə, biznes qurmağı məsləhət görüb.
Xatırladaq ki, A. Novosad ötən il avqustun 29-da Elm və Təhsil naziri təyin edilib.



Baxış sayı: 511


Bölməyə aid digər xəbərlər