22:26 / 24-11-2024
Bu da xatirə - Fotosu
Bütün xəbərlər
Qonçarukdan Zelenskinin onunla bağlı qərarına reaksiya
Tarix: 18-01-2020 18:21 | Bölmə: Dünya

               Qonçarukdan Zelenskinin onunla bağlı qərarına reaksiya

Ukrayna Baş Naziri Aleksey Qonçaruk Prezident Vladimir Zelenskinin onun istefasını qəbul etməməsinə münasibət bildirib.
“Qafqazinfo” xəbər verir ki, Qonçaruk öz feysbuk hesabında qeyd edib ki, komandası onlara həvalə olunan məsuliyyəti dərk edərək bütün tapşırıqları yerinə yetirməyə və ölkədə sistematik dəyişiklikləri gücləndirməyə hazırdır.
Həmçinin, Baş Nazir hökumətin çətin və ağır iş görməli olduğunu da qeyd edib.
Xatırladaq ki, 35 yaşlı Aleksey Qonçaruk ötən il avqustun 29-dan bəri Ukrayna hökumətinə rəhbərlik edir. Bundan əvvəl Prezident Aparatı rəhbərinin müavini vəzifəsində çalışıb.
Ötən gün Qonçaruk istefa verdiyini açıqlayıb, lakin Zelenski onun istefasını qəbul etməkdən imtina edib. Zelenski onunla görüşdə Nazirlər Kabinetinə fürsət verməyə hazır olduğunu bildirib.



Baxış sayı: 598


Bölməyə aid digər xəbərlər