22:26 / 24-11-2024
Bu da xatirə - Fotosu
Bütün xəbərlər
Medvedev bu vəzifəsində də qaldı
Tarix: 16-01-2020 18:28 | Bölmə: Dünya

                 Medvedev bu vəzifəsində də qaldı

Rusiya Baş Naziri vəzifəsini icra edən Dmitri Medvedev “Vahid Rusiya” partiyasının sədri olaraq qalıb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə “TASS” agentliyinə açıqlamasında partiyanın baş katibi Andrey Turçak bildirib.
Onun sözlərinə görə, Medvedevin Rusiya Federasiyası Təhlükəsizlik Şurasında yeni vəzifəsi partiyada işləmək üçün məhdudiyyət deyil.
Xatırladaq ki, Rusiya Prezidenti Vladimir Putin yanvarın 15-də Baş Nazir Dmitri Medvedevin rəhbərlik etdiyi hökuməti istefaya göndərib. Görülən işlərə görə Medvedevlə komandasına təşəkkür edib və yeni bir kabinet formalaşana qədər vəzifələrini yerinə yetirməyi tapşırıb.
Federal Vergi Xidmətinin rəhbəri Mixail Mişustinin yeni Baş Nazir olacağı gözlənilir. Onun bu vəzifəyə namizədliyini Vladimir Putin təklif edib. Bildirilir ki, Mişustin təklifi qəbul edib və onun namizədliyi Dövlət Dumasına təqdim edilib.



Baxış sayı: 600


Bölməyə aid digər xəbərlər