Bütün xəbərlər
Mikroavtobus sürücüsü saxlanılıb
Tarix: 13-08-2026 19:05 | Bölmə: Cəmiyyət


 Gürcüstanda baş verən qəzada iştirak edən Belarus vətəndaşlarını daşıyan mikroavtobus sürücüsü saxlanılıb.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə "Mtavari Arxi" televiziya kanalı məlumat verib.
Jurnalistlərin sözlərinə görə, kişi hazırda həkimlərin nəzarəti altında tibb müəssisəsindədir. Kanalın dəqiqləşdirdiyi kimi, o, xəstəxanadan çıxdıqdan sonra istintaq təcridxanasına köçürüləcək.
Sürücü iki və ya daha çox insanın ölümünə səbəb olan yol hərəkəti və nəqliyyat təhlükəsizliyi qaydalarını pozmaqda şübhəli bilinir.O, 6 ildən 10 ilə qədər həbs cəzası ilə üzləşir.
Qəza 12 avqustda Quriya bölgəsində baş verib.Mikroavtobusda 19 Belarus vətəndaşı olub. Qəza nəticəsində dörd Belarus vətəndaşı ölüb, 15 nəfər yaralanıb.İlkin məlumata görə, sürücü idarəetməni itirib və nəticədə avtobus dərəyə aşıb.



Baxış sayı: 49


Bölməyə aid digər xəbərlər