22:26 / 24-11-2024
Bu da xatirə - Fotosu
Bütün xəbərlər
Zelenski təyyarənin vurulması ilə bağlı xalqa müraciət etdi
Tarix: 12-01-2020 01:51 | Bölmə: Dünya

               Zelenski təyyarənin vurulması ilə bağlı xalqa müraciət etdi

Ukrayna Prezidenti Vladimir Zelenski İranın Tehran hava limanında Ukrayna təyyarəsini səhvən vurduğunu etiraf etməsi ilə bağlı xalqına müraciət edəcək.
“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumat Zelenskinin rəsmi Feysbuk səhifəsində yerləşdirilib. Prezidentin ukraynalılara müraciəti iranlı həmkarı Həsən Ruhani ilə telefon danışığından sonraya planlaşdırılıb.
Xatırladaq ki, sərnişin təyyarəsi hərbiçilər tərəfindən vurulduqdan sonra əksəriyyəti İran və Kanada vətəndaşları olan 176 nəfərin hamısı ölüb. İran hakimiyyəti təyyarənin təsadüfən vurulduğunu bildirib.
**
Ukrayna Prezidenti Vladimir Zelenski xalqa müraciət edib.
“Qafqazinfo”nun məlumatına görə, xalqına səslənən ölkə rəhbəri baş vermiş təyyarə qəzasında günahı olan hər kəsin cəzalandırılacağını deyib:
“Bu ağır günlərdə demək istəyirəm ki, həlak olanları doğmalarına və yaxınlarına verəcəyəm. Onlar mərhumlarla normal qaydada vidalaşa biləcəklər. Biz onların xatirəsinə layiqincə anacağıq. Bütün günahkarlar cəzalandırılacaqlar”.
Zelenski bildirib ki, hökumət həlak olanların ailələrinə maddi yardım göstərəcək. Bundan əlavə, dövlət vətəndaşlarına sığorta şirkətləri, daşıyıcı və İrandan kompensasiyaların alınmasında köməklik edəcək.



Baxış sayı: 566


Bölməyə aid digər xəbərlər