22:26 / 24-11-2024
Bu da xatirə - Fotosu
Bütün xəbərlər
Yerevanda Qriboyedovun təhqir edilən heykəli ilə cinayət işi açılmayacaq
Tarix: 11-01-2020 19:25 | Bölmə: Dünya

                              

Ermənistanın paytaxtı Yerevanda polyak əsilli tanınmış rus dramaturq, yazıçı və diplomat Aleksandr Sergeyeviç Qriboyedovun heykəlinin üstünə boya tökülərək təhqir edilməsi ilə bağlı cinayət işi açılmayacaq.
“Report” xəbər verir ki, bunu RİA “Novosti”yə paytaxt polisin mətbuat xidmətinin rəsmisi Zarzand Qabrielyan deyib.
Qeyd olunub ki, heykəli təhqir edən şəxsə qarşı intizam məluliyyətinə cəlb etmə tətbiq oluna bilər.
Qeyd edək ki, ötən il dekabrın 2-də Yerevanda polyak əsilli tanınmış rus dramaturq, yazıçı və diplomat, məşhur “Ağıldan bəla” pyesinin müəllifi Aleksandr Sergeyeviç Qriboyedovun heykəlinin üstünə boya tökülərək təhqir edilib.
Bu hadisəni Ermənistanın Birləşmiş Milli Təşəbbüs Partiyasının sədri, faşist əlaltısı Njdenin ideologiyasının davamçısı Şant Arutunyanın oğlu, milliyyətçi olaraq tanınan Şaqen Arutunyan törədib. O, əvvəlcə “Facebook” səhifəsində belə yazıb: “Mən Njdenin xatirə lövhəsinin rənglənməsinə cavab olaraq Rusiya imperiyasının səfiri, yazıçı Qriboyedovun abidəsini rənglədim”. Bir müddət sonra isə bunu “gözə göz” prinsipindən çıxış edərək törətdiyini etiraf edib.
Özünü hitlerçilərin əlaltısı olmuş Njdenin davamçısı sayan Şaqen Arutunyan daha sonra yazıb: “Mən bunu dekabrın 2-də Ermənistanın bolşevikləşməsinə və Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Bakıya səfərinə etiraz olaraq etdim”. Njdenin ideologiyasının onun üçün adi sözdən ibarət olmadığını da vurğulayıb. Şaqen Arutunyan “Mənim addımım” hakim fraksiyanın deputatı Yercanik Akopyanın köməkçisi olub. Xatırladaq ki, Şaqen Arutyunyan 2014-cü ildə şərti olaraq 4 il müddətinə azadlıqdan məhrum edilib. O, 2018-ci ilin mayında baş verən dəyişikliklərdən sonra amnistiya ilə sərbəst buraxılıb.



Baxış sayı: 570


Bölməyə aid digər xəbərlər