22:26 / 24-11-2024
Bu da xatirə - Fotosu
Bütün xəbərlər
İranlı nazir Trampa “kostyumlu terrorçu” dedi
Tarix: 05-01-2020 20:56 | Bölmə: Dünya

              İranlı nazir Trampa “kostyumlu terrorçu” dedi

İranın Rabitə və İnformasiya Texnologiyaları naziri Məhəmməd Cavad Azəri Cahromi ABŞ Prezidenti Donald Trampın İrandan onlara qarşı hücum olacağı təqdirdə 52 hədəfi vuracaqlarına dair açıqlamasını şərh edib. "Qafqazinfo"nun məlumatına görə, bu barədə o, Tvitter səhifəsində yazıb. 
Cahromi Trampı İŞİD, Adolf Hitler və Çingizxanla müqayisə edib. Nazirin sözlərinə görə, onların hamısını digər mədəniyyətlərə olan nifrət birləşdirir.

Məhəmməd Cavad Azəri Cahromi 
“Tramp kostyumlu terrorçudur. O, çox tezliklə başa düşəcək ki, böyük İran milləti və mədəniyyətinə heç kim qalib gələ bilməz”, - Cahromi yazıb.
Qeyd edək ki, daha əvvəl ABŞ Prezidenti Donald Tramp amerikalılara və ya ABŞ obyektlərinə qarşı hücum olunacağı təqdirdə İrana aid 52 hədəfi vuracaqlarını bildirmişdi.



Baxış sayı: 576


Bölməyə aid digər xəbərlər