22:26 / 24-11-2024
Bu da xatirə - Fotosu
Bütün xəbərlər
“ABŞ tezliklə nəfəs almağı da qadağan edəcək” - Zaxarova
Tarix: 21-12-2019 22:13 | Bölmə: Dünya

               “ABŞ tezliklə nəfəs almağı da qadağan edəcək”

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova ABŞ Maliyyə Nazirliyinin “Şimal axını -2” və “Türk axını” layihələrinə qarşı sanksiyalarının qüvvəyə minməsi ilə bağlı açıqlama yayıb.
“Qafqazinfo” xəbər verir ki, Zaxarova Vaşinqtonun boruları çəkməyi dayandırmaq tələbinə Feysbuk vasitəsilə belə münasibət bildirib:
“Amerikanın borclu həyat ideologiyası “yeni iqtisadi həbs”ə icazə verməklə dünya rəqabətinə tab gətirmədi və üstəlik bu qadağa 22 trilyon dollar dövlət borcu olan ölkədən gəlir. ABŞ “dərhal nəfəs almağı dayandırın” desə, bu tələbə ciddi yanaşıb yerinə yetirənlər də tapılacaq”.



Baxış sayı: 500


Bölməyə aid digər xəbərlər