22:26 / 24-11-2024
Bu da xatirə - Fotosu
Bütün xəbərlər
Pakistan ordusu Müşərrəfin edam edilməsinə qarşı çıxıb
Tarix: 18-12-2019 01:50 | Bölmə: Dünya

                                

Pakistan Silahlı Qüvvələri xüsusi məhkəmənin ölkənin sabiq prezidenti Pərviz Müşərrəf haqqında qəbul etdiyi edam hökmü barədə qərarına etiraz edib.
“Report” xəbər verir ki, ordunun mətbuat xidməti bununla bağlı bəyanat yayıb.
“General Pərviz Müşərrəfin işində xüsusi məhkəmənin qərarı ağrı və təəssüf hissi doğurur. Ordu qərargahının keçmiş komandiri, Baş Qərargah Rəisləri Komandanlığının sədri və 40 ildir ölkəsinə xidmət etmiş, dövləti uğrunda döyüşlərdə iştirak edən Pakistan prezidenti heç bir halda xain ola bilməz. Pakistan Silahlı Qüvvələri ölkə konstitusiyasına uyğun olaraq ədalətin təmin olunmasını gözləyir”.
Qeyd edək ki, Pakistanın xüsusi məhkəməsi ölkənin sabiq prezidenti Pərviz Müşərrəf haqqında edam hökmü çıxarıb.



Baxış sayı: 623


Bölməyə aid digər xəbərlər