22:26 / 24-11-2024
Bu da xatirə - Fotosu
Bütün xəbərlər
Zelenski Administrasiyasının rəhbərinə qarşı cinayət işi açıldı
Tarix: 09-12-2019 18:28 | Bölmə: Dünya

                    Zelenski Administrasiyasının rəhbərinə qarşı cinayət işi açıldı

Ukrayna Milli Polisi Kiyev meri Vitali Kliçkonun tələbi ilə Pezident Administrasiyasının rəhbəri Andrey Boqdan barəsində cinayət işi başladıb.
“Qafqazinfo”nun “strana.ua” portalına istinadən verdiyi xəbərə görə, polis Ukrayna Cinayət Məcəlləsinin 356-cı (“Özbaşınalıq”) maddəsi ilə istintaq başladıb.
Müraciət Kliçko tərəfindən noyabrın əvvəlində təqdim edilib və Kiyev Şəhər Dövlət Administrasiyasının sədrinin vəzifədən azad edilməsi prosesində Prezident Aparatı rəhbərinin mümkün özbaşınalığına aiddir. Boqdanın özü hələ cinayət işinin açılmasına reaksiya verməyib.
Bundan əvvəl Kliçko Ukraynanın Baş Naziri Aleksey Qonçaruk və Boqdanı səlahiyyətlərindən sui-istifadə edərək onu Kiyev şəhər Dövlət Administrasiyasının sədri vəzifəsindən uzaqlaşdırılması qərarı verdiklərinə görə məhkəməyə vermişdi. Andrey Boqdan isə Kliçkonun vəzifəsindən azad edilməməsi üçün ona rüşvət təklif etdiyini iddia etmişdi.



Baxış sayı: 490


Bölməyə aid digər xəbərlər