22:26 / 24-11-2024
Bu da xatirə - Fotosu
Bütün xəbərlər
“Bura Allahın evidir” deyib yerini nazirə vermədi - Foto
Tarix: 23-11-2019 14:29 | Bölmə: Dünya

                     “Bura Allahın evidir” deyib yerini nazirə vermədi

Türkiyənin Ekologiya və Ətraf Mühit naziri Murat Kurum yoxlama aparmaq üçün Sinop şəhərinə səfər edən zaman gözlənilməz hadisə ilə qarşılaşıb.
“Qafqazinfo” Türkiyə KİV-nə istinadən xəbər verir ki, nazir cümə namazı qılmaq üçün şəhərin mərkəzindəki tarixi Əlaəddin Keyqubat məscidinə yollanıb. Müftinin yanında oturmaq istəyən Kurum orada əyləşən 75 yaşlı sakin Bilal Göbeloğluna müraciət edərək “bura nazir, icra başçısı və millət vəkili gələcək. Sən arxaya keç”-, deyib. Bu zaman qarşı tərəf ona sərt reaksiya göstərərək “Bura Allahın evidir, mən namazımı həmişə burada qılıram. Kim gəlirsə gəlsin yerimdən qalxmayacağam”-deyərək nazirə yerini verməyib. Göbeloğlu baş verən hadisədən sonra mediaya açıqlama verib:


“Onu tanımadığım üçün iki dəfə kim olduğunu soruşdum. O da Ekologiya və Ətraf Mühit naziri olduğunu dedi. Mən də “nazirsənsə, bizim məhəllədəki baxımsız, dağılmış türbəni təmir etdir”-dedim. O da mənə vizit kartını verib sonra zəng etməyimi istədi. Daha sonra biz əl-ələ görüşdük və nazir məsciddən ayrıldı".
Nazir Murat Kurum




Baxış sayı: 553


Bölməyə aid digər xəbərlər