Bütün xəbərlər
Tanınmış general vəfat etdi - 4 gün öncə xanımı ölmüşdü
Tarix: 21-11-2019 11:22 | Bölmə: Dünya

                     Tanınmış general vəfat etdi

Türkiyə Silahlı Qüvvələrinin 25-ci Baş Qərargah rəisi, istefada olan ordu generalı Yaşar Büyükanıt vəfat edib.
“Qafqazinfo”nun “Hurriyet”ə istinadən verdiyi xəbərə görə, uzun müddətdir ürək çatışmazlığından əziyyət çəkən keçmiş rəis bu gün İstanbulda 79 yaşında dünyasını dəyişib.
Qeyd edək ki, mərhumun xanımı Filiz Büyükanıt isə 4 gün öncə vəfat etmişdi. O, səhhəti ilə əlaqədar həyat yoldaşının cənazə mərasiminə qatıla bilməmişdi.
Xatırladaq ki, Y. Büyükanıt 2006-2008-ci illərdə Baş Qərargah rəisi olub.







Baxış sayı: 637


Bölməyə aid digər xəbərlər