22:26 / 24-11-2024
Bu da xatirə - Fotosu
Bütün xəbərlər
Erməni general: “Paşinyan, gələn ilin yayında türməyə düşəcək”
Tarix: 08-11-2019 23:14 | Bölmə: Dünya

Qondarma “Dağlıq Qarabağ respublikasının təhlükəsizlik şurasının katibi”, Qarabağ separatçılarının liderliyinə namizədlərdən biri Vitaliy Balasanyan “shame.am” portalına müsahibə verib.
Vitaliy Balasanyan, gələn ilin maya qədər - Ermənistanın baş naziri Nikol Paşinyanın ölkənin rəhbərliyində qalmayacağını dedi.
Bir xeyirli səhər bu adam (Paşinyan) özünə gəlib deyəcək: “Ay camaat mən həbsə gedirəm”. Və yaxud nəsə başqa cür gedəcək. Əgər erməni xalqı dövlətçiliyimizi itirəcəyimizi anlasa. Bunun üçün də xalqı məlumatlandırmaq lazımdır. Biz çox təhlükəli bir mərhələdəyik. Erməni xalqının ölüm qalım məsələsi həll olunur, biz dövlətçiliyimizi itirə bilərik” deyə Vitaliy Balasanyan bildirib.
365.az



Baxış sayı: 691


Bölməyə aid digər xəbərlər