Bütün xəbərlər
Nazir tribunadan yıxıldı, başı əzildi - Video
Tarix: 30-10-2019 11:58 | Bölmə: Dünya

                 Nazir tribunadan yıxıldı, başı əzildi


Almaniyanın İqtisadiyyat və Energetika naziri Peter Altmayer Dortmund şəhərində rəqəmsal iqtisadiyyat sammitində çıxışından sonra 2 metr hündürlükdə olan tribunadan yıxılıb.
                    
                      
“Qafqazinfo” xəbər verir ki, insident nəticəsində başından zədə alan 61 yaşlı nazir huşunu itirib. Hadisə yerinə çağırılan təcili tibbi yardım briqadasının üzvləri KİV nümayəndələrinin onu o vəziyyətdə çəkməmələri üçün qara örtükdən istifadə ediblər. Zal boşaldılıb. 
Nazir Dortmunddakı xəstəxanaların birinə yerləşdirilib. Həkimlər ona baş nahiyyəsinin yırtılması diaqnozunu qoyublar.


Baxış sayı: 564


Bölməyə aid digər xəbərlər