22:26 / 24-11-2024
Bu da xatirə - Fotosu
Bütün xəbərlər
ABŞ Konqresinin ermənipərəst üzvü istefa verib
Tarix: 28-10-2019 15:59 | Bölmə: Dünya

          


ABŞ Konqresinin Kaliforniya ştatından seçilmiş qadın üzvü, son vaxtlar gizli seksual əlaqələrdə ittiham edilən Keti Hill Nümayəndələr Palatasının üzvlüyündən istefa verdiyini elan edib. O deyib: “Bu gün mən kədərlə Konqresdən getdiyimi bəyan edirəm. Bu, mənim həyatda atdığım ən çətin addımdır, lakin hesab edirəm ki, eyni zamanda, ölkəm, xalqım və seçicilərim üçün verdiyim ən yaxşı qərardır”. Hill əlavə edib ki, istefa verməsinin səbəbi onu dəstəkləyən insanların bu qalmaqaldan əziyyət çəkməməsidir.
NUHÇIXAN xəbər verir ki, ötən həftənin çərşənbə günü Nümayəndələr Palatasının etika məsələləri komitəsində Hillin öz əməkdaşlarından biri ilə seksual münasibətlərinin olması ilə bağlı təhqiqat başlanılıb. Bu, qanunvericilik orqanının qaydalarının pozulması hesab olunur. Konqresin qadın üzvü öz tərəfdarlarına məktub ünvanlayaraq bu ittihamı rədd edib, lakin özünün seçki kampaniyasının əməkdaşı ilə “yersiz” münasibətlərinin olduğunu etiraf edib.
Keti Hill ABŞ-da erməni lobbisinin tərəfdarlarından biridir. O, bu il qondarma “erməni soyqırımı”nın tanınması haqqında 296 saylı qətnamənin qəbul olunmasını dəstəkləyib. Hill, həmçinin 2020-ci maliyyə ilində xarici ölkələrə yardı göstərilməsi haqqında qanun layihəsində Ermənistana 40 milyon dollar yardım göstərilməsi barədə Speyer düzəlişinin lehinə səs verib, habelə konqresmenlər Bred Şerman və T.C. Koksun ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin inzibatçısı Mark Qrinə göndərdikləri məktuba imza atıb. Məktubda Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsinin minalardan təmizlənməsi məqsədilə ermənilərə maliyyə yardımı ayrılması xahiş olunur.



Baxış sayı: 656


Bölməyə aid digər xəbərlər