22:26 / 24-11-2024
Bu da xatirə - Fotosu
Bütün xəbərlər
“Türkiyə hərbçiləri ABŞ əsgərlərinə atəş açmayıb”
Tarix: 12-10-2019 19:47 | Bölmə: Dünya

                   “Türkiyə hərbçiləri ABŞ əsgərlərinə atəş açmayıb”


Türkiyə Silahlı Qüvvələri Suriyanın Kobani şəhəri yaxınlığında amerikalı hərbçilərə atəş açmayıb.
"Qafqazinfo" xəbər verir ki, bunu açıqlamasında Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar deyib.
“ABŞ və ya beynəlxalq koalisiya əsgərlərinin atəşə tutulmasından söhbət gedə bilməz. Biz ABŞ tərəfi ilə koordinasiyalı fəaliyyət göstəririk”, - deyə Hulusi Akar bildirib.
Qeyd edək ki, bir qədər əvvəl Pentaqonun rəsmi nümayəndəsi oktyabrın 11-də yerli vaxtla təxminən saat 21:00-da Amerika hərbçilərinin Kobani rayonunda Türkiyə artilleriyasının atəşinə məruz qaldığı, lakin insident nəticəsində xəsarət alanların olmadığı barədə məlumat yaymışdı.



Baxış sayı: 602


Bölməyə aid digər xəbərlər