22:26 / 24-11-2024
Bu da xatirə - Fotosu
Bütün xəbərlər
Ərdoğandan 28 ölkəyə sərt mesaj: - “Əgər hərəkata “işğal” desəniz…”
Tarix: 10-10-2019 23:04 | Bölmə: Dünya

          


“Avropa İttifaqı bu hərəkatı “işğal” adlandırsa, qapıları açacağıq”.
Eurasia Diary xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Silahlı Qüvvələrin Suriyanın şimalına təşkil etdiyi “Sülh Çeşməsi” hərəkatı ilə bağlı danışarkən deyib.
“PKK-nı dəstəkləyib böyüdərək üstümüzə göndərirlər. Türkiyənin dizləri üstünə çökəcəyini sandılar, amma bacara bilmədilər. Son 4 ildə 7 min 500 kilomterdə 16 min terrorçunu zərərsizləşdirdik. Kürd qardaşlarımızla işimiz yoxdur. Türkiyənin həyata keçirdiyi digər əməliyyatlar kimi “Sülh Çeşməsi”nin də məqsədi Suriyanın ərazi bütövlüyünü təmin etməkdir. PKK-nın, YPG-nin bu işğalını görməyənlər bizim Suriyanın birliyi üçün atdığımız addımlara mız qoyurlar. Siz kənarda dayanın, biz yolumuza davam edirik. Ey Avropa İttifaqı, özünüzə gəlin. Bizim hərəkatımızı bir işğal hərəkatı kimi dəyərləndirsəniz, işimiz asandır. Qapıları açarıq, 3,6 milyon qaçqını sizə göndərərik. Durub pul söhbəti edirlər”. (publika.az)



Baxış sayı: 579


Bölməyə aid digər xəbərlər