22:26 / 24-11-2024
Bu da xatirə - Fotosu
Bütün xəbərlər
Millət vəkilinin evindən 250 min avro oğurlanıb
Tarix: 01-10-2019 00:38 | Bölmə: Dünya
                          Millət vəkilinin evindən 250 min avro oğurlanıb

İranda evindən 250 min avro və 400 milyon tümən nağd pul oğurlanmış millət vəkili Seyyid Təqi Kəbiri ilə bağlı qalmaqal böyüməkdədir.
Reyting.az
 "Rouydad 24” saytına istinadla xəbər verir ki, parlamentin sədri Əli Laricani oğurlanmış vəsaitin böyüklüyünü nəzərə alaraq araşdırma aparılmasını vacib sayıb.
Kəbiri parlamentə Xoy şəhərindən seçilib.
Adətən, parlamentdəki çıxışlarında hökumət məmurlarını lüks həyat tərzi keçirdiklərinə görə sərt tənqid edən millət vəkili Məclisdə ABŞ bayrağını yandıranlardan biri kimi də tanınır.
Kəbiri həm də Quran və hədis Elmləri üzrə fəlsəfə doktorudur. Xoy Azad Universitetində Tədris işləri üzrə prorektor vəzifəsində çalışıb.
O, son prezident seçkilərində İbrahim Rəsinin ciddi tərəfdarı idi.



Baxış sayı: 617


Bölməyə aid digər xəbərlər