Bütün xəbərlər
Kanadanın baş naziri irqçilikdə ittiham olunduğu qara qrimə görə üzr istəyib - FOTO
Tarix: 19-09-2019 09:25 | Bölmə: Dünya

                                          

Kanadanın baş naziri Castin Tryudo seçkilər ərəfəsində bir zamanlar istifadə etdiyi qara qrimdəki fotosuna görə üzr istəyib.
"Report" xəbər verir ki, bu barədə CBC telekanalı bildirib.
"Mən Ələddinin kostyumu ilə bəzəndim və makiyaj vurdum. Bunu etməyə məcbur deyiləm, təxmin etməli idim, amma bunu etmədim, həqiqətən çox təəssüf", - deyə Tryudo bildirib.
Daha əvvəl "Time" jurnalı Tryudonun ağ çalmada və qara qrimdə olan fotosunu dərc edib. Kanadanın gələcək baş naziri bu görkəmdə 2001-ci ildə dərs keçdiyi özəl məktəbdəki əyləncə gecəsinə gedib. Həmin vaxt onun 29 yaşı olub. Foto buraxılış albomunda aşkarlanıb. 
Qeyd edək ki, baş nazir bu fotosuna görə irqçilikdə günahlandırılır.  
Sentyabrın 11-də Tryudo seçkiqabağı kampaniyasının başlanğıcını elan edib. O, general-qubernatora parlamentin buraxılması haqqında rəsmi xahiş edib. Seçkilər oktyabrın 21-də keçiriləcək.













Baxış sayı: 582


Bölməyə aid digər xəbərlər