23:46 / 26-10-2026
Leyla və Alyona Əliyevalar “Capybara Azerbaijan”da - Fotolar
23:41 / 26-10-2026
İran Ukraynanın qonşu ölkələrdə dronlar yerləşdirdiyini açıqladı
23:39 / 26-10-2026
Silahlı dava baş verib: bir nəfər ölüb, digəri yaralanıb
21:45 / 26-10-2026
Evli cütlük tanışını meşəyə aparıb öldürdüyünə görə həbs edilib
21:42 / 26-10-2026
İran Prezidenti 8-ci GECF zirvə toplantısı üçün Moskvaya yola düşüb
21:39 / 26-10-2026
Uşakov Putinin Afrika liderləri ilə görüş cədvəlini açıqladı
21:36 / 26-10-2026
Tarix Muzeyi qayda pozuntularına görə 50.000 rubl cərimə edilib
21:34 / 26-10-2026
Pentaqon Zelenskinin "Patriot" raketlərinin çatdırılmasında gecikmələrlə bağlı şikayətlərinə cavab verib
21:31 / 26-10-2026
Rusiya iki dövrdə Afrikaya 31 milyon tondan çox taxıl tədarük edib
21:27 / 26-10-2026
Tehranda bir restoran reklamı Netanyahunun ləqəbinə bənzərliyi səbəbindən qəzəbə səbəb olub
21:19 / 26-10-2026
Səudiyyə Ərəbistanı 2027-ci ildən etibarən Sinqapur çənlərində neft saxlamağa başlayacaq
21:16 / 26-10-2026
Rusiya Voleybol Komandası 2027-ci il Dünya Çempionatında qrup mərhələsi rəqiblərini öyrənir
21:12 / 26-10-2026
Slutski Avropa Birliyini Serbiya seçkilərinə müdaxilə etməkdə günahlandırdı
21:08 / 26-10-2026
Ukrayna məhkəməsi Yuliya Timoşenkonun girov məbləğini kəskin şəkildə azaldıb
21:04 / 26-10-2026
Rusiyada saxlanılan yapon jurnalistin səhhəti yaxşıdır
21:00 / 26-10-2026
Rusiya Xarici İşlər Nazirliyi Serbiyanın Rusiya ilə qarşılıqlı faydalı əməkdaşlığı davam etdirəcəyinə ümid etdiyini bildirdi
20:56 / 26-10-2026
Britaniyalılar hökumətin müharibə elanlarından sonra radio və fənər alırlar
20:54 / 26-10-2026
Kalaşnikov: "Bəzi Avropa ölkələrinin Rusiyadan təcrid olunmaq istəyi "erməni sindromu"dur".
20:50 / 26-10-2026
16 mindən çox müştəri elektriksiz qalıb
20:48 / 26-10-2026
Karpin Rusiya Milli Komandasının noyabr oyunları üçün Batrakov və Safonovu çağırıb
09:22 / 26-10-2026
Ərəb Koalisiyası husi anbarlarına və buraxılış qurğularına zərbə endirdiyini bildirib
09:19 / 26-10-2026
Ukrayna Rusiya ilə razılığa gəlmək üçün bir şərt müəyyən edib
09:16 / 26-10-2026
Orban BMT Baş Katibi vəzifəsinə namizəd olmağa çağırılır
09:13 / 26-10-2026
Yük qatarının relsdən çıxmasından sonra baş verən yanğın söndürülüb
09:11 / 26-10-2026
Keçmiş futbolçu kremasiya edildi
18:36 / 25-10-2026
FİFA U-15-in mərkəzində yeniyetmələrin inkişafı və futbolun gələcəyi dayanır-Könül Nurullayeva
18:28 / 25-10-2026
Vuçiç: "Seçkilərdən sonra Rusiya ilə daha güclü əməkdaşlıq gözləyir"
18:21 / 25-10-2026
Filipponun partiyası Makronun dərhal istefası üçün petisiya təqdim edib
18:15 / 25-10-2026
ABŞ İranı amerikalıları sui-qəsd etmək üçün bölmə yaratmaqda şübhəli bilir
18:12 / 25-10-2026
Keçmiş Ukrayna prokuroru Kravçenkonun bəyannaməsində 25.000 dollarlıq elektrik stansiyası tapıldı
18:07 / 25-10-2026
Putin Avropadakı miqrasiya böhranına işarə etdi
18:04 / 25-10-2026
İran sanksiya işində ilk dəfə ABŞ əmlakının müsadirəsini təmin etdi
18:00 / 25-10-2026
Ukrayna pilotsuz təyyarəsinin hücumu səkkiz məktəb avtobusuna zərər vurub
17:57 / 25-10-2026
2030-cu il Dünya Ağırlıqqaldırma Çempionatı Rusiyada keçiriləcək
17:52 / 25-10-2026
LDPR ABŞ-ı Kiyev rejiminə bütün hərbi yardımları dayandırmağa çağırdı
17:49 / 25-10-2026
Serbiya Tərəqqi Partiyası Vuçiçin anasına hücum edildiyini bildirdi
17:44 / 25-10-2026
Guf Voronejdəki konsertdən bir fanatın qovulmasını tələb etdi
17:42 / 25-10-2026
Floridada baş verən atışmada on bir nəfər yaralanıb
Kəngərlilərin son generalı...
Tarix: 11-08-2020 17:32 | Bölmə: Digər
Azərbaycanın ünlü hərb xadimi, Azərbaycanın ilk milli atıcı diviziyasının komandiri, Kəngərli nəslindən olan axırıncı general Cəmşid Xan Naxçıvanski (Cəmşid Xan Cəfərqulu Xan oğlu Naxçıvanski 1895-ci il avqustun 10-da, Naxçıvan, İrəvan quberniyasında doğulub. Süvari generalı Hüseynxan Naxçıvanskinin qardaşı, istefada olan rotmistr (kapitan) Cəfərqulu Xan Naxçıvanskinin övladıdır. Cəmşid anası Fərrantac xanımın sayəsində 7 yaşında Azərbaycan dilində yazmağı, dayəsinin sayəsində sərbəst şəkildə rus və fransız dillərində danışmağı öyrənib.
C.Naxçıvanski 1904-cü ildə Tiflis kadet korpusuna daxil olub və 1911-ci ildə həmin məktəbi, 1915-ci ildə Qərbi Ukrayna Qvardiya Məktəbini bitirib. I Dünya müharibəsində müsəlmanlardan təşkil olunmuş süvari bölüyünün komandiri olub, “Brusilov cəbhəsi”nin yarılmasında iştirak edib. Avstriya-Rumıniya cəbhəsində üç dəfə yaralanan C.Naxçıvanski, igid süvari zabiti kimi gümüş silahla ödülləndirilib, II Müqəddəs Anna ordenli ilə təltif olunub.
C.Naxşıvanski 1917-ci ilin martında Rumın cəbhəsindəki hərbi xidmətlərinə görə 2-ci dərəcəli Müqəddəs Stanislav ordeni və qılıncla təltif olunub. O, 9 may 1917-ci ildə poruçik (leytenant) rütbəsinə, elə həmin il (30 oktyabrda isə) Ştabs-rotmistr (qərargah-kapitanı) rütbəsinə layiq görülüb. C.Naxçıvanski hərbi şücaətinə görə 15 aprel 1917-ci ildə Müqəddəs Anna ordeninin 3-cü dərəcəsi, 22 avqustda isə Müqəddəs Georgi ordeninin 4-cü dərəcəsi ilə təltif edilib.
Güney-Batı cəbhəsi dağıdıldıqdan sonra ştabs-rotmistr C.Naxçıvanski başçılıq etdiyi süvari alayı ilə birgə Azərbaycana qayıdıb. C.Naxçıvanskinin Azərbaycan Xalq Cümhuriyyəti dövründə hərbi fəaliyyəti xüsusi önəm daşıyır. 15 sentyabrda Qafqaz Türk-İslam Ordusu Azərbaycan Əlahiddə Korpusu ilə birgə Bakını daşnak ermənilərdən ibarət olan və ingilislərə arxalanan “SentroKaspi diktaturası” qüvvələrindən təmizləyib. Azərbaycanın müstəqilliyi uğrunda C.Naxçıvanski inamla vuruşub. Xalq Cümhuriyyətinin naziri, ünlü artilleriya generalı Səmədbəy Mehmandarovun 24 mart 1920-ci il tarixli Əmri ilə I Süvari Tatar Alayının komandiri yarbay C.Naxçıvanski, II Qarabağ süvari alayının komandiri təyin edilib. 1920-ci ilin martında onun Qarabağda (Şuşada) yerləşən alayı daşnaklara və ümumən düşmənlərə qarşı döyüş əməliyyatlarında fəal iştirak edib. Həmin ilin aprelində N.Nərimanov Şuşaya, C.Naxçıvanskiyə dərhal Bakıya qayıtmaq, milli ordu hissələrinin təşkilinə başlamaq haqqında teleqram göndərib. C.Naxçıvanski Bakıda yaradılmış Azərbaycan Birləşmiş Komanda Məktəbinin rəisi, 1921-ci ilin dekabrında isə Azərbaycanın ilk milli atıcı diviziyasının komandiri təyin edilib, yüksək ixtisaslı hərbi kadr hazırlığında önəmli rol oynayıb.
C.Naxçıvanski 1923 və 1928-ci illərdə Moskvada Frunze adına Ali Hərbi Akademiyanın qısamüddətli kurslarında oxuyub, Azərbaycana qayıtdıqdan sonra yenidən diviziya komandiri olub.1922-1929-cu illərdə general Əliağa Şıxlinskinin təşəbbüsü ilə Azərbaycan dilində nəşr olunan “Hərbi bilik” jurnalının redaktorlarından biri olub.
1931-ci ildə C.Naxçıvanskinin həbs olunması haqqında order verilib (həmin orderin surəti hazırda Naxçıvan şəhərində yerləşən “Xan sarayı” Muzeyindədir). C.Naxçıvanski Moskvaya – Frunze adına Ali Hərbi-Siyasi Akademiyaya oxumağa göndərilib, 1933-cü ildə akademiyanı fərqlənmə diplomu ilə bitirdikdən sonra orada müəllim saxlanılıb, 3 il ümumi taktika kafedrasına rəhbərlik edib, akademiyada əsas fakultənin kurs rəisi olub və 1935-ci ildə briqada komandiri vəzifəsinə təyin olunub.
XX yüzilin 30-cu illərinin ortalarında C.Naxçıvanski guya başçılıq etdiyi “casus təxribat dəstəsi” ilə mühacirətdə olan qardaşları Davudxan və Kəlbalı xanla sıx bağlantı qurmaqda təqsirləndirilərək repressiyaya məruz qalıb. (Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra Davudxan və Kəlbalı xan İrana gedib, qısa müddətdə Şah qvardiyasında yüksək rütbələrə çatıb; sovet hökuməti onların antisovet fəaliyyətini dayandırmaq üçün İran hökumətinə təzyiqlər edib, “nota”lar verib; sonda, Kəlbalı xan Azərbaycanla sərhəddə xidməti vəzifəsindən uzaqlaşdırılıb. C. Naxçıvanskinin sovet ordusunda briqada komandiri olmasını, ata-babalarının isə rus ordusunun tərkibində İran ordusuna qarşı vuruşmasını bilən şah onları güllələtdirib).
Kütləvi repressiyaların başladığı bir dövrdə C.Naxçıvanski (20 may 1938-ci ildə) antisovet təşkilatın işində iştirakda günahlandırılaraq üçüncü dəfə həbs edilib. 26 avqust 1938-ci ildə Lefortova zindanında SSRİ Ali Məhkəməsinin Hərbi Kollegiyasının sədri Vasili Vasilyeviç Ulrixin sədrliyi ilə keçirilən səyyar məhkəmə iclasında o, sovet hökumətinin devrilməsi məqsədi ilə sui-qəsddə iştirakda və casusluqda günahkar hesab edilib. C.Naxçivanski, əmlakı müsadirə edilməklə güllələnmə cəzasına məhkum edilib və elə həmin gün güllələnib. O, Moskvadan 26 km. aralıda – Kaluqa şossesi yaxınlığında sabiq xalq komissarı Henrix Yaqodanın keçmiş bağında, “Kommunarka” adlanan (gizli obyekt adı ilə tanınan – Stalin repressiyasının bir çox qurbanlarının uyuduğu…) qardaşlıq məzarlığında dəfn olunub.
1938-ci il avqustun 12-də “Sovet hökumətinin qatı düşməni, müqəssir” Cəmşid xan Naxçıvanskiyə elan olunan ittihamnamədə deyilir:- “Azərbaycan Milli Mərkəzi” adlanan Azərbaycan antisovet millətçi təşkilatın fəal iştirakçısıdır. - Azərbaycanda sovet hökumətinin devrilməsi planının hazırlanmasında və Azərbaycanın Sovet İttifaqından ayrılmasında fəal iş aparmış, hərbi üsyan planını şəxsən özü hazırlamışdır. - İran ordusunda xidmət edən qardaşı, mühacir Kəlbalı xana Azərbaycanda üsyan başlayarkən mühacirlərdən ibarət hərbi dəstələr göndərmək tapşırığı vermişdir. - 1931-ci ildə həbsdən azad olunduqdan sonra …“Azərbaycan Milli Mərkəzi”ndə antisovet fəaliyyətini daha da gücləndirmiş və mərkəzin işlərində yaxından iştirak etmişdir.- Antisovet hərbçilərlə əlaqə saxlamış, onlara “Azərbaycan Milli Mərkəzi”nə kömək göstərəcəyi barədə razılıq vermişdir. Və s.
Bu ittihamlardan 14 gün sonra SSRİ Ali Məhkəməsinin Hərbi Kollegiyası qapalı məhkəmə iclası keçirib. Hərbi Kollegiyanın sədri V.V.Ulrixin və üç nəfərin şahidliyi ilə 15 dəqiqə çəkən məhkəmə iclası general Cəmşid xan Naxçıvanskiyə ölüm hökmü oxuyub. Sonra ona son söz deməyi təklif edilib. Döyülüb ağır yaralar almış Cəmşid xan şər və iftira dolu ölüm hökmü kəsiləndən sonra vida sözünü deməyi qüruruna sığışdırmayıb... O, 1956-cı ildə tam bəraət alıb. Bakıda hərbi lisey və paytaxt küçələrindən birionun adını daşıyır. Naxçıvanda Xatirə muzeyi fəaliyyət göstərir.
Görkəmli hərbi xadiminin 120 illik yubileyi, Azərbaycan Prezidentinin Sərəncamı ilə ölkəmizdə təntənə ilə qeyd olunub.
RUHU ŞAD OLSUN!
Qənirə PAŞAYEVA,
Milli Məclisin Mədəniyyət Komitəsinin sədri
Baxış sayı: 624
Bölməyə aid digər xəbərlər
Tarix: 11-08-2020 17:32 | Bölmə: Digər
Azərbaycanın ünlü hərb xadimi, Azərbaycanın ilk milli atıcı diviziyasının komandiri, Kəngərli nəslindən olan axırıncı general Cəmşid Xan Naxçıvanski (Cəmşid Xan Cəfərqulu Xan oğlu Naxçıvanski 1895-ci il avqustun 10-da, Naxçıvan, İrəvan quberniyasında doğulub. Süvari generalı Hüseynxan Naxçıvanskinin qardaşı, istefada olan rotmistr (kapitan) Cəfərqulu Xan Naxçıvanskinin övladıdır. Cəmşid anası Fərrantac xanımın sayəsində 7 yaşında Azərbaycan dilində yazmağı, dayəsinin sayəsində sərbəst şəkildə rus və fransız dillərində danışmağı öyrənib.C.Naxçıvanski 1904-cü ildə Tiflis kadet korpusuna daxil olub və 1911-ci ildə həmin məktəbi, 1915-ci ildə Qərbi Ukrayna Qvardiya Məktəbini bitirib. I Dünya müharibəsində müsəlmanlardan təşkil olunmuş süvari bölüyünün komandiri olub, “Brusilov cəbhəsi”nin yarılmasında iştirak edib. Avstriya-Rumıniya cəbhəsində üç dəfə yaralanan C.Naxçıvanski, igid süvari zabiti kimi gümüş silahla ödülləndirilib, II Müqəddəs Anna ordenli ilə təltif olunub.