Bütün xəbərlər
Yasamalda çoxmərtəbəli binada baş verən yanğınla əlaqədar 23 nəfər təxliyə edilib
Tarix: 18-11-2017 19:28 | Bölmə: Cəmiyyət

Yasamal rayonunda çoxmərtəbəli yaşayış binasında yanğın baş verib.
Fövqəladə Hallar Nazirliyindən (FHN) AZƏRTAC-a bildiriblər ki, yanğın binanın 7-ci mərtəbəsində qeydə alınıb. Hadisə nəticəsində yeddinci mərtəbədə pilləkən qəfəsində quraşdırılmış 8 elektrik sayğacı yanıb. Yanğınla əlaqədar 23 sakin təhlükəsiz əraziyə təxliyə olunub. Mənzillər yanğından mühafizə edilib, alov söndürülüb.
Hadisə ilə bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır.


Baxış sayı: 889


Bölməyə aid digər xəbərlər