Bütün xəbərlər
Qısqanclıq zəminində keçmiş arvadını partladan Saratov sakini həbs edilib
Tarix: 02-03-2025 15:51 | Bölmə: Cəmiyyət

Saratov məhkəməsi keçmiş arvadını öldürmək məqsədilə Balakovoda yaşayış binasının yaxınlığında partlayış törədən yerli sakin barəsində həbs qətimkan tədbiri seçib.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə vilayət prokurorluğu məlumat yayıb.
İstintaqın məlumatına görə, fevralın 23-də şübhəli şəxs keçmiş 38 yaşlı həyat yoldaşının yaşadığı yaşayış binasının giriş qapısına partlayıcı qurğu qoyub. Qadın girişdən çıxarkən partlayış baş verib. Nəticədə zərərçəkmiş çoxsaylı bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.
İstintaq Komitəsi qeyd edib ki, hadisədən bir neçə gün əvvəl həmin şəxs hüquq-mühafizə orqanlarının əməkdaşlarını çaşdırmaq üçün başqa bir yaşayış binasının pilləkən qəfəsinə daha bir partlayıcı qurğu yerləşdirib.
Ümumi təhlükəli üsulla adam öldürməyə cəhddə və partlayıcı qurğunun qanunsuz dövriyyəsində təqsirləndirilən şəxs ən azı aprelin 22-dək istintaq təcridxanasında saxlanılacaq.



Baxış sayı: 242


Bölməyə aid digər xəbərlər