11:05 / 10-03-2025
Yanan anbarın damı uçub
18:26 / 09-03-2025
İnzibati bina yanır
Bütün xəbərlər
Gül oğrularına qarşı cinayət işi açılıb
Tarix: 10-03-2025 12:28 | Bölmə: Cəmiyyət

Sankt-Peterburqda Piskarevskoye Memorial qəbiristanlığından buket oğurlayan kişi və qadına qarşı cinayət işi açılıb.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə Rusiya Daxili İşlər Nazirliyinin Sankt-Peterburq və Leninqrad vilayəti üzrə Baş İdarəsi məlumat yayıb.
Cütlük 2025-ci il martın 8-də həbs edilib. Qəbiristanlığın mühafizəçisi şübhəlilərin qəbirlərdən toplanmış 12 buket gülü maşına yüklədiyini görüb polisə müraciət edib.Hadisə yerinə gələn hüquq-mühafizə orqanlarının əməkdaşları 39 yaşlı yerli sakini və onun 27 yaşlı yoldaşını xırda xuliqanlığa görə inzibati məsuliyyətə cəlb ediblər.
Faktla bağlı mərhumların meyitlərinin və onların dəfn olunduğu yerlərin təhqir olunması maddəsi ilə cinayət işi açılıb.



Baxış sayı: 27


Bölməyə aid digər xəbərlər
24-02-2025, 21:31 Sevgilisini eyvandan atıb