Bütün xəbərlər
Bir nəfər təqaüdçünün qətlində ittiham olunub
Tarix: 14-03-2025 21:14 | Bölmə: Cəmiyyət

Sankt-Peterburqda bir nəfər 70 yaşlı təqaüdçünün qətlində ittiham olunub. Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə Regional İstintaq Komitəsi (İK) məlumat yayıb.
Ötən gün Strelnı kəndindəki binalardan birində boynundan və gövdəsindən bıçaq xəsarətləri olan qadın meyiti tapılıb.Qətllə bağlı cinayət işi açılıb.
İstintaq müəyyən etdiyi kimi, kişi bir gün əvvəl dostunun mənzilində olarkən aralarında münaqişə yaranıb, daha sonra o, qadına 6 bıçaq zərbəsi vurub.
"Şübhəli şəxs saxlanılaraq təqsirləndirilən şəxs qismində cəlb edilib.Onun barəsində həbs-qətimkan tədbirinin seçilməsi məsələsi həll edilir", - İstintaq Komitəsinin məlumatında deyilir.
Hadisənin bütün şəraiti müəyyənləşdirilir.



Baxış sayı: 30


Bölməyə aid digər xəbərlər
24-02-2025, 21:31 Sevgilisini eyvandan atıb