Bütün xəbərlər
Bağ evində təqaüdçünün skelet qalıqları tapılıb
Tarix: 03-03-2025 16:37 | Bölmə: Cəmiyyət

Leninqrad vilayətinin Lujski rayonunda insan qalıqlarının tapılması ilə bağlı cinayət işi açılıb.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, onların 69 yaşlı qadına aid olduğu güman edilir. 28 fevral 2025-ci ildə İljo kəndində fərdi evin ərazisində dəhşətli kəşf edilib.
Rusiya Federasiyası İstintaq Komitəsinin regional idarəsindən verilən məlumata görə, məlumat daxil olduqdan sonra müstəntiqlər, məhkəmə-tibb ekspertləri və polis əməkdaşları hadisə yerinə gediblər.
Ekspertlər zərərçəkənin şəxsiyyətini müəyyən etmək üçün ekspertiza aparacaq, həmçinin hadisənin baş vermə şəraitini aydınlaşdıracaq.



Baxış sayı: 255


Bölməyə aid digər xəbərlər