Bütün xəbərlər
2 yaşlı oğlunu öldürməkdə ittiham olunur
Tarix: 13-03-2025 13:03 | Bölmə: Cəmiyyət

Rusiya Federasiyasının Çelyabinsk vilayəti üzrə İstintaq Komitəsi Miass sakinini 2 yaşlı oğlunun qətlində ittiham edib.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, İdarədən verilən məlumata görə, o, nəzarətə götürülüb.
"Uşağın meyiti şəhərdəki binalardan birində mənzildə tapılıb. Məhkəmə-tibbi ekspertizanın rəyinə görə, oğlan narkotik qarışığından zəhərlənərək ölüb. Faktla bağlı 31 yaşlı yerli sakin barəsində cinayət işi açılıb", - idarədən bildirilib.
İlkin araşdırma zamanı müəyyən edilib ki, qadın körpəni sakitləşdirmək üçün uşağa şpris vasitəsilə dəfələrlə narkotik iynə vurub.
Faktla bağlı ehtiyatsızlıqdan insan ölümünə səbəb olan ehtiyatsızlıq maddəsi ilə cinayət işi açılıb. Saxlanılan şəxsin daha üç azyaşlı uşağı var.



Baxış sayı: 39


Bölməyə aid digər xəbərlər
24-02-2025, 21:31 Sevgilisini eyvandan atıb