Bütün xəbərlər
Kirayənişini 5-ci mərtəbədən özünü atmağa məcbur edib
Tarix: 12-03-2025 13:46 | Bölmə: Cəmiyyət

Kemerovo sakini kirayənişini bıçaqla hədələyərək onu 5-ci mərtəbənin eyvanından özünü atmağa məcbur edib. 

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Rusiya Federasiyasının regional İstintaq Komitəsinin məlumatına görə, qadın dünyasını dəyişib.
İstintaqın məlumatına görə, martın 8-də qadınlar arasında kirayə haqqı üstündə münaqişə baş verib.
"Təqsirləndirilən şəxs bıçaqla hədələyərək zərərçəkmişi yaşayış binasının 5-ci mərtəbəsində yerləşən eyvandan tullanmağa məcbur edib, bundan sonra o, mənzili tərk edib", - idarənin Telegram kanalında yayılan məlumatda deyilir.
Hadisə şahidləri tərəfindən təcili yardım çağırılıb və həkimlər zərərçəkmişi xəstəxanaya çatdırıblar. Lakin xəsarətlər çox ağır olub və bir müddət sonra qadın özünə gəlmədən dünyasını dəyişib.
Qətl faktı ilə bağlı cinayət işi açılıb. Mənzil sahibinə qarşı cinayət işi açılıb və həbs edilib. Təqsirləndirilən şəxsin əvvəllər məhkum olunduğu bildirilir.





Baxış sayı: 31


Bölməyə aid digər xəbərlər
24-02-2025, 21:31 Sevgilisini eyvandan atıb