19:02 / 05-07-2026
Ana öz oğlunu bıçaqlayıb
Bütün xəbərlər
Keçmiş müstəntiqinin cəsədi mənzillərdən birində tapılıb
Tarix: 06-07-2026 22:10 | Bölmə: Cəmiyyət


 Rusiya Prokurorluğunun xüsusilə vacib işlər üzrə keçmiş müstəntiqi Yuri Martışin İzyumskaya küçəsindəki Moskva mənzilində ölü tapılıb. 
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, "MK.ru" bu barədə məlumat əldə edib.
Xəsarətlərin xarakteri intihar olduğunu göstərir. Bu, 73 yaşlı veteran müstəntiqin sağlamlığı ilə bağlı ola bilər.
Yuri Martışin bütün karyerası ərzində prokurorluqda çalışıb.1990-cı illərdə Komi Respublikası Prokurorluğunda xüsusilə vacib işlər üzrə baş müstəntiq vəzifəsində çalışıb. 1993-cü ildə o, Vorqaşorskaya mədəninin rəhbərinin, həyat yoldaşının və iki uşağının səs-küylü qətlinin üstünü açdı.
Daha sonra Martışin Rusiya Federasiyası Baş Prokurorluğunda xüsusilə vacib işlər üzrə baş müstəntiq oldu. O, Kotlyakovskoye qəbiristanlığında baş verən terror aktı da daxil olmaqla bir neçə səs-küylü işi araşdırdı.



Baxış sayı: 41


Bölməyə aid digər xəbərlər