18:29 / 01-07-2026
Aktyorun cəsədi tapılıb
Bütün xəbərlər
Yol polisi əməkdaşına hücum işi üzrə təqsirləndirilən şəxs həbs edilib
Tarix: 01-07-2026 18:46 | Bölmə: Cəmiyyət


 Moskvanın Basmannı Rayon Məhkəməsi Kitay-Qorod ərazisində yol polisi əməkdaşına hücumda iştirak edən David Çernousovu həbs edib. 
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə paytaxtın ümumi yurisdiksiya məhkəmələrinin mətbuat xidməti məlumat verib.
Təqsirləndirilən şəxs iki ay müddətinə həbsdə qalacaq.
1 iyul 2026-cı ildə Moskvanın Basmannı Rayon Məhkəməsi Rusiya Cinayət Məcəlləsinin 318-ci maddəsinin 1-ci hissəsi (Dövlət məmuruna qarşı zorakılıq tətbiq etmək) və 319-cu maddəsi (Dövlət məmuruna təhqir etmək) ilə cinayət törətməkdə ittiham olunan David Artemoviç Çernousov barəsində məhkəməyəqədər həbs qətimkan tədbiri seçdi.
Polis məmuruna hücum iyunun 28-də Maroseyka küçəsində yol-nəqliyyat hadisəsi ilə bağlı zəngə cavab verərkən baş verib. İki gənc kişi ona hücum edərək təhqir edib. Onlar həmçinin qanunsuz hərəkətlərinin qeydə alınmasının qarşısını almaq üçün məmurun geyimindəki videokameradan qəsdən qoparıblar.Daha sonra təqsirləndirilən şəxslər hadisə yerindən qaçıblar.




Baxış sayı: 33


Bölməyə aid digər xəbərlər