Bütün xəbərlər
Kütləvi narkotik zəhərlənməsi işi üzrə dörd təqsirləndirilən şəxs həbs edilib
Tarix: 30-06-2026 16:44 | Bölmə: Cəmiyyət


 Moskva vilayətinin Solneçnoqorsk şəhər məhkəməsi kütləvi narkotik zəhərlənməsi ilə bağlı cinayət işi üzrə dörd təqsirləndirilən şəxsin həbsinə qərar verib. 
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə Moskva vilayəti İstintaq Komitəsi məlumat verib.
Bu, Solneçnoqorsk İstintaq İdarəsinin müstəntiqinin vəsatətindən sonra baş verib.
Məhkəmə mütəşəkkil dəstə tərəfindən külli miqdarda qanunsuz narkotik ticarətində ittiham olunan dörd kişini həbs edib.
Bir gün əvvəl İstintaq Komitəsi təqsirləndirilən şəxslərə narkotik zəhərlənməsi işi üzrə ittiham irəli sürüb.
Zəhərlənmə iyunun 26-da Bakeyevo kəndində təqsirləndirilən şəxslərdən birinin narkotik alıb onunla birlikdə tətil edən dostlarına paylamasından sonra baş verib.İki nəfər ölüb, yeddi nəfər xəstəxanaya yerləşdirilib.



Baxış sayı: 29


Bölməyə aid digər xəbərlər