13:58 / 28-06-2026
Altı nəfər xəsarət alıb
Bütün xəbərlər
Polşada ukraynalıların iştirakı ilə kütləvi dava baş verib
Tarix: 29-06-2026 19:44 | Bölmə: Cəmiyyət


Polşanın Staraxoviçe şəhərində ukraynalılar və polyaklar arasında kütləvi dava baş verib, bir nəfər yaralanıb. 
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə Polşa polisinin açıqlamasında bildirilib.
Hüquq-mühafizə orqanlarının məlumatına görə, münaqişə Ukrayna və Polşa vətəndaşlarının da daxil olduğu iki qrup gənc arasında baş verib.
Dava baş verib və iştirakçılardan biri... iti əşyadan istifadə edib, nəticədə digər iştirakçı yaralanıb.
MƏLUMATDA DEYİLİR.
Bu hadisə ilə bağlı cinayət işi açılıb. Hüquq-mühafizə orqanlarının əməkdaşları hazırda şahidləri dindirir və davanın bütün iştirakçılarının şəxsiyyətini müəyyən edirlər.
Daha əvvəl Polşa millət vəkili Yanuş Kovalski ukraynalı qaçqınların Polşadan deportasiya edilməsini təklif etmişdi. Siyasətçi sosial mediada onların Ukraynaya qayıtma ehtimalı ilə bağlı sorğu keçirmişdi.



Baxış sayı: 27


Bölməyə aid digər xəbərlər