Bütün xəbərlər
11 yaşlı ögey oğluna işgəncə verdiyinə görə məhkum edilib
Tarix: 17-06-2026 20:36 | Bölmə: Cəmiyyət


Kirov bölgəsinin sakini 11 yaşlı ögey oğluna işgəncə verdiyinə görə şərti cəza alıb. 
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə Rusiya Federasiyasının region üzrə İstintaq Komitəsi məlumat verib.
Məhkum edilən kişi Malmıjski rayonunun Kalinino kəndinin 30 yaşlı sakinidir. Müstəntiqlərin sözlərinə görə, o, intizam tədbiri olaraq fiziki zorakılıqdan istifadə edərək oğlanı sistematik şəkildə döyüb.
O, Rusiya Cinayət Məcəlləsinin 117-ci maddəsinin 2-ci hissəsinin "g" bəndi ilə cinayət törətməkdə təqsirli bilinib... Məhkəmə kişini iki illik sınaq müddəti ilə üç il şərti azadlıqdan məhrum etmə cəzasına məhkum edib.
Qeyd olunur ki, təqsirləndirilən şəxs günahını etiraf edib və peşman olduğunu bildirib.



Baxış sayı: 31


Bölməyə aid digər xəbərlər