Bütün xəbərlər
Elektron elmin formalaşmasının elmi-nəzəri və praktik məsələləri araşdırılır
Tarix: 18-11-2017 19:05 | Bölmə: Cəmiyyət

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İnformasiya Texnologiyaları İnstitutunda cari ildə informasiya texnologiyaları və informasiya cəmiyyətinin formalaşmasının elmi-nəzəri problemləri araşdırılıb. Bu sahədə aktual elmi-nəzəri və praktik məsələlər tədqiq edilib, beynəlxalq layihələr analiz olunub. Elektron elmin tərkib hissəsi kimi vətəndaş elminin inkişafında sosial medianın rolu araşdırılıb, perspektiv istiqamətlər müəyyənləşdirilib.
Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun (EİF) “Elektron elm və onun funksional altsistemlərinin sintezi üçün yeni metod və alqoritmlərin işlənilməsi” qrant layihəsi üzrə işlər davam etdirilib, həmçinin institutun əməkdaşları Dövlət Neft Şirkətinin Elm Fondunun layihə müsabiqəsinə təqdim olunmuş “Əşyaların interneti texnologiyalarının neft-qaz sənayesində tətbiqi problemlərinin araşdırılması” qrant layihəsinin hazırlanmasında iştirak ediblər.

Bakı, 18 noyabr, AZƏRTAC 



Baxış sayı: 873


Bölməyə aid digər xəbərlər