Bütün xəbərlər
Həyat yoldaşının başına ov tüfəngi ilə atəş açıb
Tarix: 02-02-2026 11:37 | Bölmə: Cəmiyyət

Sankt-Peterburqda ölümcül hadisə ilə bağlı cinayət işi açılıb.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə regional İstintaq Komitəsinin mətbuat xidməti Telegram kanalında məlumat verib.
İlkin araşdırmalar nəticəsində məlum olub ki, bir gün əvvəl, 1 fevralda Sankt-Peterburqlu kişi həyat yoldaşı ilə mübahisə edib.
"Həyat yoldaşı ilə münaqişə zamanı o, ov tüfəngindən onun başına atəş açıb", - deyə, agentlik açıqlamasında bildirib.
Qadın hadisə yerində ölüb, daha sonra onu öldürməkdə şübhəli bilinən şəxs intihar edib.
Təsvir edilən hadisələr şəhərin Nevski rayonundakı Dmitri Ustinov küçəsindəki bir mənzildə baş verib.
Hadisə Rusiya Cinayət Məcəlləsinə əsasən qətl kimi təsnif edilib.



Baxış sayı: 27


Bölməyə aid digər xəbərlər