Bütün xəbərlər
Silahlı kişiyə atəş açıb
Tarix: 24-01-2026 21:48 | Bölmə: Cəmiyyət

Amerikanın Minneapolis, Minnesota şəhərində Sərhəd Patrul agenti silahlı kişiyə atəş açıb.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə "Fox News" mənbələrə istinadən məlumat verib.
Kanalın məlumatına görə, yerli hakimiyyət orqanları hadisədən xəbərdardır. Ştat qubernatoru Tim Uolz bildirib ki, o, hadisəni artıq Ağ Evlə müzakirə edib.
"Prezident Tramp bu əməliyyata son qoymalıdır. Minlərlə qəddar, təlim keçməmiş agenti Minnesotadan çıxarın. İndi", - deyə, o, sosial media səhifəsindəki paylaşımında tələb edib.
Qurbanın vəziyyəti ilə bağlı hələlik heç bir məlumat yoxdur.
Yanvarın əvvəlində Minneapolisdə iğtişaşlar baş verib və iştirakçılardan biri avtomobili ilə İmmiqrasiya və Gömrük Mühafizəsi (ICE) əməkdaşlarının üzərinə çıxmağa cəhd edib.Zabitlərdən biri atəş açaraq hücumçunu ölümcül yaralayıb.Amerika mediasının məlumatına görə, qurbanın adı Rene Nikol Qud olub.O, 37 yaşında idi və üç uşağı qalıb.ABŞ prezidenti Donald Tramp və administrasiyanın rəhbərliyi hüquq-mühafizə orqanı əməkdaşının tərəfini tutub.



Baxış sayı: 173


Bölməyə aid digər xəbərlər