Bütün xəbərlər
Xarici tələbələr arasında münaqişədən sonra cinayət işləri açılıb
Tarix: 15-01-2026 11:47 | Bölmə: Cəmiyyət

Saratovda iki tələbə qardaşa qarşı ölüm təhdidi ilə bağlı üç cinayət işi açılıb.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Rusiya Federasiyası Daxili İşlər Nazirliyinin Saratov vilayəti üzrə Baş İdarəsinin Telegram kanalına görə, cinayətləri törətməkdə başqa bir universitetdən olan xarici tələbələr şübhəli bilinir.
İlkin məlumatlara görə, xarici vətəndaşlar arasında ailədaxili münaqişə olub.
"Mübahisə zamanı cinayətkarlar bıçaqdan istifadə edərək hədə-qorxu gəliblər", - deyə, məlumatda bildirilir.
Zərərçəkənlər hüquq-mühafizə orqanları ilə əlaqə saxlayıblar. Münaqişə iştirakçıları saxlanılıb.
Hadisənin şərtləri araşdırılır və cinayətin şahidləri dindirilir.
Əməliyyat və istintaq tədbirləri və bir sıra istintaq hərəkətləri başa çatdıqdan sonra yekun hüquqi qiymətləndirmə veriləcək.



Baxış sayı: 25


Bölməyə aid digər xəbərlər