12:24 / 03-03-2026
Qızıl tabutda dəfn edilib
Bütün xəbərlər
Xəstəxanada azyaşlı uşağın ölümü ilə bağlı cinayət işi açılıb
Tarix: 12-01-2026 19:32 | Bölmə: Cəmiyyət

Saratov vilayəti üzrə İstintaq Komitəsi (İK) Puqaçev Rayon Xəstəxanasında yerləşdirilən bir yaşlı uşağın ölümü ilə bağlı cinayət işinin açıldığını elan edib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Müstəntiqlərin sözlərinə görə, 6 yanvarda evdən Puqaçev Rayon Xəstəxanasına yanıq xəsarətləri ilə bir yaşlı qız gətirilib. Lakin tibbi yardım göstərilməsinə baxmayaraq, uşaq ölüb.
"Rusiya Cinayət Məcəlləsinin 109-cu maddəsinin 1-ci hissəsi (səhlənkarlıqdan ölümə səbəb olma) ilə cinayət işi açılıb", agentliyin Telegram kanalında dərc olunmuş açıqlamada deyilir.
Bütün hallar araşdırılır.



Baxış sayı: 188


Bölməyə aid digər xəbərlər