Bütün xəbərlər
Məşhur həkim Yuri Presnyakov Surqutda ölü tapılıb
Tarix: 04-01-2026 19:50 | Bölmə: Cəmiyyət

64 yaşlı feldşer Yuri Presnyakov Surqutda ölü tapılıb; onun ölümü cinayət xarakterli ola bilər.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə "Rossiyskaya Gazeta" mərhumun tanışlarının məlumatlarına istinadən məlumat yayıb.
Presnyakovun cəsədi Pervoproxodtsev küçəsindəki avtomobilində tapılıb.
"Yerli sakinlərin sözlərinə görə, Yuri Presnyakov qətlə yetirilmiş ola bilər: ərazi əlverişsiz vəziyyətdədir, "antisosial" sakinlərin yaşadığı yataqxanalarla əhatə olunub. Bir nəzəriyyəyə görə, o, kiməsə kömək etmək üçün dayanmış ola bilər", - deyə, media orqanı bildirib.
Qeyd olunur ki, Presnyakov on illərdir tibb işçisi kimi çalışıb və minlərlə insanın həyatını xilas edib.O, şəhərdə peşəkar və başqalarının bədbəxtliklərini görməzdən gələ bilməyən şəfqətli bir insan kimi tanınır.
Bir neçə mənbə iddia edir ki, kişinin bədənində bıçaq yarası var. Hadisə ilə bağlı hələlik hakimiyyət orqanlarından rəsmi məlumat yoxdur.
Mərhumla vida mərasimi çərşənbə axşamı, 6 yanvar tarixində Surqut Rayon Klinik Xəstəxanasında keçiriləcək.



Baxış sayı: 38


Bölməyə aid digər xəbərlər