19:13 / 29-12-2025
QIZIL ALMA
Bütün xəbərlər
Məktəbdə terror aktı planlaşdırmaqda şübhəli bilinən şəxs həbs edilib
Tarix: 30-12-2025 19:05 | Bölmə: Cəmiyyət

Maykopdakı məktəbdə terror aktı planlaşdırmaqda şübhəli bilinən şəxs Adıgeydə həbs edilib.

 Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə respublikanın birgə mətbuat xidməti TASS-a məlumat verib.
Şübhəli iki ay müddətinə məhkəməyəqədər həbs cəzasına məhkum edilib.
"Maykop Şəhər Məhkəməsi əvvəllər terror aktı planlaşdırdığına görə həbs edilmiş şəxsi 28 fevrala qədər həbsdə saxlayıb", - agentlik bildirib.
Orta Asiya ölkəsinin vətəndaşı Rusiya FTX əməkdaşları tərəfindən saxlanılıb.Təhsil müəssisəsinin yaxınlığında park edilmiş avtomobilində Molotov kokteyli və bıçaqlar tapılıb.
Müəyyən edilib ki, həmin şəxs Rusiyada qadağan olunmuş terror təşkilatının tərəfdarıdır və onun hərəkətləri xaricdən Telegram vasitəsilə əlaqələndirilib.



Baxış sayı: 32


Bölməyə aid digər xəbərlər