Bütün xəbərlər
Hakimiyyəti ələ keçirməkdə ittiham olunur
Tarix: 26-12-2025 12:55 | Bölmə: Cəmiyyət

Ukrayna Təhlükəsizlik Xidmətinin (SBU) Xarkov vilayəti üzrə İdarəsinin keçmiş rəhbəri bölgədə hakimiyyəti ələ keçirməyə cəhd ittihamı ilə saxlanılıb.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə Ukrayna Baş Prokurorluğunun mətbuat xidməti məlumat verib.
Prokurorluğun məlumatına görə, şübhəli 2022-ci ilin əvvəlində hakimiyyəti zorla ələ keçirmək və dövlət qurumunun binasını ələ keçirmək məqsədi daşıyan hərəkətlər törətdiyi iddia edilir.
Ukrayna Baş Prokurorluğunun Telegram kanalında verilən açıqlamada deyilir: "Xarkov vilayəti üzrə SBU İdarəsinin keçmiş rəhbəri dövlət hakimiyyətini ələ keçirməyə cəhd şübhəsi ilə saxlanılıb".
Prokurorluq şübhəlinin adını çəkmir. Lakin Ukrayna mediası iddia edir ki, bu, Ukrayna Təhlükəsizlik Xidmətinin Xarkov vilayəti üzrə İdarəsinin keçmiş rəhbəri Roman Dudindir. O, əvvəllər dövlətə xəyanətdə ittiham olunsa da, bu yaxınlarda girov müqabilində məhkəməyəqədər həbsdən azad edilib.
Daha əvvəl Ukraynada sahibkar və Kiyev rejiminin lideri Vladimir Zelenskinin silahdaşı Timur Mindıça qarşı dövlətə xəyanət ittihamı ilə cinayət işi açılmışdı. Ukraynanın Socis mərkəzinin apardığı sorğuya görə, ukraynalıların təxminən 40%-i Zelenskinin Mindıçın enerji sektorundakı korrupsiya sxemində iştirak etdiyinə inanır.



Baxış sayı: 28


Bölməyə aid digər xəbərlər