Bütün xəbərlər
İki vəhşi qətlə görə ömürlük həbs cəzası alıb
Tarix: 12-12-2025 19:25 | Bölmə: Cəmiyyət

Rostov vilayətinin Aksayski rayonunun 39 yaşlı sakini xüsusi qəddarlıqla törədilmiş iki qətlə görə ömürlük həbs cəzasına məhkum edilib.

 Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə Rusiya Federasiyasının region üzrə İstintaq Komitəsi Telegram kanalında məlumat verib.
Müstəntiqlərin sözlərinə görə, 2025-ci ilin iyun ayında bir kişi qısqanclıq zəminində Rekonstruktor kəndində 38 yaşlı partnyorunu vəhşicəsinə döyüb.Daha sonra kişi qadının ayaqlarını dartma ipi ilə maşına bağlayıb və yolda sürüyüb. İp qırıldıqda kişi qadını başına çəkiclə zərbələr endirərək öldürüb.Cinayətini ört-basdır etməyə çalışaraq cəsədi meşəlik ərazidə gizlədib.
Bu iş üzrə həbsdə olarkən təqsirləndirilən şəxs kamera yoldaşının qətlini münaqişə zamanı törədib. İstintaq həmçinin onun qəsdən əmlaka ziyan vurmaqda iştirakını da müəyyən edib.
"O, Rusiya Cinayət Məcəlləsinin 105-ci maddəsinin 2-ci hissəsinin "a" və "d" bəndləri (iki və ya daha çox şəxsin xüsusi amansızlıqla qətlə yetirilməsi) və Rusiya Cinayət Məcəlləsinin 167-ci maddəsinin 1-ci hissəsi (əmlaka qəsdən ziyan vurma) ilə cinayət törətməkdə təqsirli bilinib. Məhkəmə onu xüsusi rejimli cəza koloniyasında ömürlük azadlıqdan məhrum edib", - deyə, İstintaq Komitəsinin dərc etdiyi məlumatda bildirilir.
Məhkəmə təqsirləndirilən şəxsə ən yüksək cəza - xüsusi rejimli cəza koloniyasında ömürlük azadlıqdan məhrum etmə cəzası verib.



Baxış sayı: 32


Bölməyə aid digər xəbərlər