Bütün xəbərlər
Anasını öldürməkdə şübhəli bilinən saxlanılıb
Tarix: 09-12-2025 18:32 | Bölmə: Cəmiyyət

Rusiya Daxili İşlər Nazirliyinin (DİN) regional qərargahı olan Moskva vilayətinin Ramenskoye şəhərində anasını öldürməkdə şübhəli bilinən yerli sakin saxlanılıb.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, 1949-cu il təvəllüdlü qadının cəsədi Vorovskoqo küçəsindəki mənzildə tapılıb.İlkin məlumata görə, qadının ölümünə səbəb olan xəsarətlər əvvəllər dəfələrlə məhkum edilmiş 1972-ci il təvəllüdlü oğlu tərəfindən vurulub. Aralarında münaqişə spirtli içki qəbul edərkən yaranıb.
Rusiya Daxili İşlər Nazirliyinin (DİN) Moskva vilayəti üzrə Baş İdarəsinin Telegram kanalındakı paylaşımda deyilir: "Görülən tədbirlər nəticəsində cinayət axtarışı əməkdaşları qanunsuz əməldə şübhəli bilinən şəxsi saxlayıblar".
Saxlanılan şəxs istintaq orqanlarına aparılıb və qətllə bağlı cinayət işi açılıb.



Baxış sayı: 37


Bölməyə aid digər xəbərlər