Bütün xəbərlər
Pnevmatik tapança ilə yeniyetməni vuran naməlum şəxsi axtarırlar
Tarix: 11-09-2025 13:18 | Bölmə: Cəmiyyət

Ulan-Udedə 13 yaşlı qızın kürəyindən, ehtimal ki, pnevmatik tapança ilə atəş açan naməlum kişini axtarırlar.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə Buryatiya Respublikasının İstintaq Komitəsi (İK) məlumat yayıb.
İlkin məlumata görə, ötən gün axşam saatlarında Mikoyan küçəsindəki çoxmərtəbəli binanın həyətində naməlum şəxs, ehtimal ki, pnevmatik tapança ilə 13 yaşlı qızı kürəyindən güllələyib, nəticədə o, bədən xəsarətləri alıb.
Faktla bağlı cinayət işi açılıb. Naməlum şəxsin şəxsiyyəti, o cümlədən hadisənin bütün şəraiti müəyyənləşdirilir.



Baxış sayı: 32


Bölməyə aid digər xəbərlər
23-08-2025, 22:26 Yeniyetmələr saxlanılıb