Bütün xəbərlər
Körpəni öldürən anaya 1,5 il həbs cəzası verilib
Tarix: 11-09-2025 12:39 | Bölmə: Cəmiyyət

Kanskda məhkəmə 18 yaşlı qızı yataqxananın tualetində dünyaya gətirdiyi və suda boğularaq öldürdüyü uşağı öldürməkdə təqsirli bilinərək 1 il yarım müddətinə azadlıqdan məhrum edib.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə Rusiya Federasiyası İstintaq Komitəsinin Krasnoyarsk diyarı üzrə Baş İstintaq İdarəsi məlumat yayıb.
Müəyyən edilib ki, fevralın 23-də kollec tələbəsi yataqxananın tualetində 38 həftəlik qız uşağı dünyaya gətirib. O, körpəni qəsdən tualetdə qoyub, orada boğulub. Bundan sonra qız meyiti torbaya qoyaraq zibil qutusuna atıb.
Məhkəmə-tibbi ekspertizanın rəyinə görə, qız sağ-salamat doğulub, onun ölümü isə boğulma ilə bağlıdır.
İstintaq Komitəsi əlavə edib ki, cinayəti törədən zaman qız öz hərəkətlərinin mahiyyətindən xəbərdar olub - onun psixi pozuntusu olmayıb.
Məhkəmə ananın yeni doğulmuş körpəsini qətlə yetirməsində təqsirli hesab edərək, qızı 1 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edib.



Baxış sayı: 26


Bölməyə aid digər xəbərlər
23-08-2025, 22:26 Yeniyetmələr saxlanılıb